Tom ve Jerry haqqında heç vaxt eşitmədiyiniz 10 maraqlı fakt

Bütün dövrlərin ən yadda qalan cizgi filmlərindən olan “Tom and Jerry” haqqında nə bilirsiniz?

Tom və Jerry ilə əlaqəli az bilinən 10 məlumatı yazmışıq.

Tom və Jerry haqqında eşitmədiyiniz faktlar

Tom ve Jerry

1940-cı illərin əvvəllərində Vilyam Hann və Jozef Barbera tərəfindən yaradılan siçan və pişik cütlüyü “Tom & Jerry” dövrün ən məşhur cizgi filmi sayılır. Qısa müddət sonra bütün dünyaya yayılan cizgi filmi bir çox nəslin unudulmaz parçası hesab olunur.
Son dərəcə təsirli və yadda qalan cizgi filmi 1940-1958-ci illər arasında işik və siçan müharibələri əsnasında çəkilib. Bir əfsanəyə çevrilən Tom və Jerry serialları haqqında nələri bilirsiniz? Bununla bağlı 10 maraqlı faktı təqdim edirik:

  1. Tom və Jerry ilk dəfə 1940-cı ildə Vilyam Hann və Jozef Barbera tərəfindən hazırlanıb.
  2. Tom və Jerry ev pişiyi Tomasla onunla eyni məkanı paylaşan ev siçanı Jerry arasında baş verən komik mübarizəni özündə ehtiva edib.
  3. Animatorlar cizgi filmi personajlarına əvvəlcə Tom Casper və Cerri Yinks adını veriblər.
  4. Obrazlara ad vermək üçün təşkil olunan yarışın qalibi animator Con Kar olub. Tom və Jerry adlarını tapan animator 50 dollarlıq mükafat alıb.
  5. Tom və Jerry 13 fərqli mövzuda Oskar mükafatına namizəd olub. İlk mükafatını 1943-cü ildə "Yankee Doodle Mouse" bölümü ilə qazanıb.
  6. ABŞ istehsalı olan Tom və Cerri cizgi filminin animasiya seriyası 1960-cı illərə qədər Çexoslovakiyada çəkilib.
  7. Milyonlarla pərəstişkar qazanan Tom və Jerry 1950-ci illərdə əlavə məhsul kimi məşhur buldoq və oğlunun macəralarını anladan “Spike və Tyke”-ı istehsal edib.
  8. Şiddətli və gülməli mübahisələri ilə tanınan Tom və Jerry 1975-ci ildə yayımlanan bölümlərində dünyanı gəzən iki ən yaxın dost kimi təsvir olunublar.
  9. Çox az danışan personajlar 1992-ci ildə "Tom and Jerry" adlı filmdə “mənimsən, ya deyilsən?” mahnısıyla bu qədər uzun danışıblar.
  10. Başqa bir pişik və siçana aşiq olan personajlar sevdiklərinə qovuşa bilmədikləri üçün serialın son bölümündə intihar ediblər. Uşaqların tez-tez izlədiyi cizgi filmi ailələr tərəfindən böyük reaksiya qazanıb.
Məqaləyə emosiya bildir:
emotion
64
emotion
17
emotion
24
emotion
18
emotion
31
emotion
14
emotion
19
Dostlarınla paylaş:
3 il əvvəl
12425 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
Asiya (2 il əvvəl)
Çox yaxsi idi
Army bts (3 il əvvəl)
Senin videolar acilmadi sadece sozler idi