Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub

Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub

İyunun 11-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, komitənin sədri Tahir Rzayev müzakirəyə Torpaq Məcəlləsində dəyişiklik olunması haqqında qanun layihəsinin (birinci oxunuş) təqdim edildiyini bildirib. O diqqətə çatdırıb ki, qanun layihəsi Azərbaycan Prezidentinin “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” 2021-ci il 15 iyul tarixli Fərmanından irəli gələn tələbləri özündə ehtiva edir. Layihənin bu günün tələblərinə uyğun hazırlandığını deyən Tahir Rzayev sənəddə təklif olunan dəyişikliklərin ölkədə kənd təsərrüfatının və emal sənayesinin inkişafı, kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması baxımından əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Sonra Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firudin Tağıyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev təklif olunan dəyişikliklər barədə deputatlara məlumat veriblər. Onlar kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin və kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşasının (quraşdırılmasının) tənzimlənməsinin sənəddə təklif olunan çevik mexanizmləri barədə danışıblar. Qeyd olunub ki, qanun layihəsi yalnız kənd təsərrüfatı yerlərində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün tikinti obyektlərinin həyata keçirilməsini nəzərdə tutur.

Sənədin müzakirəsində komitə sədrinin müavini Sabir Hacıyev, komitə üzvləri Cavanşir Paşazadə, İqbal Məmmədov, Azər Badamov, Emin Hacıyev layihədə təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab edib, bəzi fikir və qeydlərini səsləndiriblər.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firudin Tağıyev və Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, sualları cavablandırıblar.

Müzakirənin sonunda qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
436 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliyanın cənubunda quraqlıq səbəbindən fövqəladə vəziyyət elan olunub
İtaliyanın cənubunda yerləşən Kalabriya regionunda quraqlıq və içməli su...
  • 8 dəq. əvvəl
  • 5
Qəbələnin Uludaş kəndində 80 təsərrüfat su altında qalıb
Son günlər havaların qeyri-sabit keçməsi xüsusən leysan yağışları Qəbələnin bir sıra...
  • 1 saat əvvəl
  • 16
İqtisadiyyat naziri Yevlax Pilot Aqroparkındakı müəssisələrin fəaliyyəti ilə tanış olub
İqtisadiyyat naziri Bakıda Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyri-neft sənayesi...
  • 1 saat əvvəl
  • 18
Sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Həftəsonu səfərə çıxan sürücülərə və digər hərəkət iştirakçılarına mövcud...
  • 2 saat əvvəl
  • 22
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 4 saat əvvəl
  • 29
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 4 saat əvvəl
  • 31