“Turan Tovuz”un kapitanı: “Sumqayıt”la oyunun ilk hissəsində matçın taleyini həll edə bilərdik

“Turan Tovuz”un kapitanı: “Sumqayıt”la oyunun ilk hissəsində matçın taleyini həll edə bilərdik

“Sumqayıt” mövsümə bizdən daha tez start vermişdi. Onlar avrokuboklarda mübarizəsini dayandırsalar da, formadadırlar.

Bu sözləri “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev Azərbaycan Premyer Liqasının II turunda doğma meydanda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Onun sözlərinə görə, “Sumqayıt”a daha böyük hesabla qalib gələ bilərdilər: “İlk 15 dəqiqə ərzində yaxşı şanslarımız oldu. Rəqibin qapıçısı Mehdi Cənnətovu göstərdiyi performansa görə təbrik edirəm. Fikrimcə, birinci hissədə matçın taleyini həll edə bilərdik. Fasilədən sonra hesabı qorumaq üçün çalışdıq. Deməzdim ki, sırf müdafiədə oturmuşduq. Bizim də ikinci hissədə epizodlarımız oldu”.

Otuz iki yaşlı müdafiəçi növbəti il avrokuboklarda oynamaq istədiklərini söyləyib: “Düzdür, bu fikir futbolçuların psixologiyasına mənfi təsir edə bilər. Hazırda bütün fikrimiz keçirdiyimiz oyunlardan azı bir xal almaqdır. İnkişaf etmək istəyirik. Komandanın daha da güclənməsi üçün transferlər lazımdır. Çünki qarşıda uzun marafon bizi gözləyir. Həmin dövrdə zədəli futbolçular olarsa, onların yerini dolduracaq ehtiyat qüvvəmiz də olmalıdır. İnanıram ki, yaxşı performansımızı davam etdirib mövsümün sonunda Avropa arenasında olacağıq”.

Ş. Əliyev Kurban Berdıyev kimi mütəxəssislə işləməyin fərqli hiss olduğunu vurğulayıb: “Bir çox məşqçi ilə işləmişəm. Hər birinin ayrı-ayrılıqda öz taktikaları var. Kurban Berdıyev isə Avropa futbolunda tanınan çalışdırıcıdır. Onunla işləmək hər bir futbolçu ilə şərəfdir. Ümid edirəm, yaxşı nəticələr əldə edəcəyik”.

Qeyd edək ki, “Turan Tovuz” iki turdan sonra topladığı 4 xalla 3-cü pillədə qərarlaşıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
386 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
“Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan çempionatlarında yubiley matçını keçirib
“Araz-Naxçıvan”ın futbolçusu Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu...
  • 5 saat əvvəl
  • 47
Güclü daşqınlar Avropanı cənginə alıb
“Boris” qasırğasının səbəb olduğu leysan yağışlar Mərkəzi və Şərqi Avropada son...
  • 5 saat əvvəl
  • 46
®  Rəhbərlərə Çağırış: “Gardashlar Mebel”in smart masası ilə Sağlamlığınızı Qoruyun
“Gardashlar Mebel” şirkətinin təsisçisi Əli Mirzəyev: “Smart masa mənim də...
  • 7 saat əvvəl
  • 50
Paytaxtdakı 53 nömrəli məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir keçirilib
Paytaxtdakı 53 nömrəli tam orta məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir...
  • 7 saat əvvəl
  • 47
Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 8 saat əvvəl
  • 55
FTB: Tramp sui-qəsd cəhdinin hədəfi olub
ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp...
  • 9 saat əvvəl
  • 60