Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da

Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakı Dövlət Universitetində professor-müəllim heyəti ilə görüşüb.

Bu barədə BDU-dan bildirilib. Görüşdə BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, hazırda Türk dünyası tarixdə heç vaxt olmadığı qədər güclüdür. Türk dövlətləri iqtisadi, siyasi, sosial, mədəni, hərbi sahələrdə günü-gündən güclənir. Bu sahələr içərisində elm-təhsil istiqaməti xüsusi önəm daşıyır. Türk Dövlətləri Təşkilatının alt qurumlarının uğurlu fəaliyyəti barədə məlumat verən Elçin Babayev bu gün öz işinə başlayan Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclasında Birliyin fəaliyyətinin yeni istiqamətdə qurulmasına dair ciddi müzakirələrin aparıldığını bildirib. O diqqətə çatdırıb ki, BDU TÜRKÜNİB-in tamhüquqlu üzvüdür. BDU Türk Universitetləri Birliyinin üzvü olan universitetlər ilə Orhun mübadilə proqramı çərçivəsində əməkdaşlığa da xüsusi önəm verir və bu proqrama qoşulub.

Kubanıçbek Ömüralıyev Azərbaycanın ən böyük və qədim ali məktəbi olan BDU-ya səfərinin tanışlıq məqsədi daşıdığını deyib və professor-müəllim heyəti ilə görüşdən məmnunluğunu bildirib.

Baş katib təşkilatın gördüyü işlər, gələcək fəaliyyət istiqamətləri, TÜRKÜNİB çərçivəsində əməkdaşlıq imkanlarından söz açıb. Qeyd edib ki, hazırda TDT-yə üzv ölkələrlə 30-dan artıq müxtəlif istiqamət üzrə əməkdaşlıq edilir. Bu əlaqələrin daha da inkişaf etdirilməsində elm-təhsil müəssisələrinin də üzərinə mühüm öhdəliklər düşür.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
527 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 20 dəq. əvvəl
  • 7
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 36 dəq. əvvəl
  • 8
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 14
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 25
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 27
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 38