Türk dünyası markaları “Made in Turan” brendi altında birləşir

Türk dünyası markaları “Made in Turan” brendi altında birləşir

200 milyondan çox insanın yaşadığı Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq getdikcə genişlənir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, türk dünyası ölkələrinin tarixi İpək Yolunun üzərində yerləşməsi onların Şərq və Qərb arasında artmaqda olan ticarət dövriyyəsində də önəmli rola malik olmasına şərait yaradır. Statistik göstəricilərə əsasən, Çin və Avropa ölkələri arasındakı ticarət dövriyyəsi günlük 1 milyard dolların üzərindədir. Türk dünyası ölkələrinin bu mühüm ticarət yolu üzərində yerləşməsi TDT-nin regionda iqtisadi gücə çevrilməsinə şərait yaradır. Belə ki, TDT-yə üzv ölkələrin dünya iqtisadiyyatındakı ümumi ticarət dövriyyəsi 536 milyard dollar təşkil edir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr bu gün qlobal və regional miqyasda strateji hesab olunan Orta Dəhlizin üzərində yerləşir. Avropa ilə Asiya arasında vacib neft-qaz və nəqliyyat marşrutlarının keçdiyi Orta Dəhliz TDT-yə üzv dövlətlər üçün strateji əhəmiyyətə malikdir. TDT-yə üzv ölkələrdə ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 trilyon dollar, ticarət dövriyyəsi isə 1,2 trilyon dollar təşkil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür.

Markalaşmanın yaratdığı ən böyük təsirlərdən biri də insanda yaratdığı sahib olma hissidir. TDT-yə üzv ölkələrin vahid markalaşmaya keçid etməsi bu ölkələrin istehsal etdikləri məhsul, göstərdikləri xidmətə qarşı marağı daha da artıracaq.

“Made in Turan” markası dedikdə TDT-yə üzv ölkələrin istehsal etdiyi məhsulların vahid markalaşmaya keçid etməsi başa düşülür. “Made in Turan” markası üçün əldə olunacaq xüsusi güzəştlər sayəsində ölkələr arasında ticarət dövriyyəsi artacaq və iqtisadi əlaqələr möhkəmlənəcək. “Made in Turan” markasının tətbiq olunması, həmçinin türk dünyası markalarının yeni dövrə keçid etməsidir. Bu markalaşma siyasəti nəticəsində türk dövlətləri markaları qlobal marka olma yolunda əmin addımlarla irəliləyəcək, əldə olunacaq xüsusi güzəştlər sayəsində türk dövlətləri arasında olan ticarət dövriyyəsi artacaq.

“Made in Turan” markası türk dünyasının qlobal miqyasda mühüm iqtisadi güc olaraq tanınmasına öz töhfəsini verəcək.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
515 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 51 dəq. əvvəl
  • 9
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 21
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 23
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 34
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 4 saat əvvəl
  • 39
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 5 saat əvvəl
  • 45