Türkiyə mediası: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi sürətlə davam edir

Türkiyə mediası: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi sürətlə davam edir

Türkiyənin “İhlas” xəbər agentliyi Azərbaycan hökumətinin dəstəyi ilə “Azərbaycan” məhəlləsinin tikintisinin davam etdiyi Kahramanmaraş şəhərindən reportaj hazırlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, “Azərbaycan” məhəlləsində evlər fəal templə tikilir” sərlövhəli materialda Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin koordinasiyası ilə aparılan tikinti işlərinin yüksək keyfiyyətinə diqqət yetirilir.

Agentlik Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) nümayəndəsi Fərman Qurbanlıya istinadla 2023-cü ilin dağıdıcı zəlzələləri zonasında həyata keçirilən irimiqyaslı şəhərsalma layihəsinin həyata keçirilməsindən bəhs edib. Onun sözlərinə görə, Kahramanmaraşda salınan “Azərbaycan” məhəlləsində ümumilikdə 71 bina, o cümlədən mədəniyyət evi və məktəb tikilir. Həmçinin 328 pərakəndə satış məntəqəsinin yaradılması nəzərdə tutulur.

“Fəlakətin miqyası çox böyük idi. Qardaş Türkiyənin köməyinə ilk yetişən ölkə Azərbaycan oldu. İşlər nəzərdə tutulan qrafikə uyğun davam etdirilir”, -deyə Qurbanlı bildirib.

“Azərbaycan” məhəlləsinin tikintisində iştirak edən mütəxəssislər bu gün şəhərin beş rayonunda fəal tikinti işlərinin davam etdiyi Kahramanmaraşın bərpasına verdikləri töhfəyə görə Türkiyə və Azərbaycan hökumətlərinə təşəkkür ediblər.

Ramin Abdullayev

Ankara

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
18 gün əvvəl
384 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 4 saat əvvəl
  • 32
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 5 saat əvvəl
  • 41
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 6 saat əvvəl
  • 50
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 8 saat əvvəl
  • 56
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 9 saat əvvəl
  • 67
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 9 saat əvvəl
  • 60