Türkiyə Silahlı Qüvvələrinin nümayəndəsi: Ankara fəal təcrübə mübadiləsini hədəfə alıb

Türkiyə Silahlı Qüvvələrinin nümayəndəsi: Ankara fəal təcrübə mübadiləsini hədəfə alıb

Türkiyə müdafiə sahəsində fəal təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığa can atır.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələri komandanlığının nümayəndəsi polkovnik Özgür Umut Şenduran İzmirdəki “EFES-2024” çoxmillətli hərbi təlimlər çərçivəsində təşkil olunan ikigünlük birgə döyüş atışlarına həsr olunmuş brifinqdə bildirib.

O qeyd edib ki, “EFES-2024” çərçivəsində quruda və dənizdə birgə bacarıqlar məşq edilir, səmərəli informasiya mübadiləsi qurulur, assimetrik təhdidlərə qarşı əks fəaliyyət ssenariləri həyata keçirilir. Təlimlər çərçivəsində, həmçinin Türkiyə Ordusunun regionda həyata keçirdiyi antiterror əməliyyatlarında topladığı təcrübədən də istifadə olunur.

Onun sözlərinə görə, təlimlərdə, həmçinin Türkiyənin müdafiə sənayesinin yenilikləri, o cümlədən “Fırtına-2” özüyeriyən artilleriya qurğusu və PARS modernləşdirilmiş zirehli texnika da iştirak edir.

Polkovnik əlavə edib ki, dünyanın onlarla ölkəsindən 11 min hərbçinin iştirakı ilə keçirilən təlimlərə Türkiyənin 16 müxtəlif dövlət qurumu, o cümlədən Xarici İşlər Nazirliyi dəstək verir. O bildirib ki, təlimləri dünyanın onlarla ölkəsindən olan hərbi nümayəndə heyətləri və attaşelər, eləcə də dünya KİV nümayəndələri müşahidə edirlər.

“EFES-2024” təlimləri çərçivəsində Türkiyənin 48 aparıcı şirkətlərinin iştirakı ilə hərbi-sənaye məhsullarından ibarət sərgi təşkil olunub.

Ramin Abdullayev

İzmir

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
464 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 28 dəq. əvvəl
  • 10
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 19
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 27
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 3 saat əvvəl
  • 35
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 38
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 45