Türkiyədə neft və qaz hasilatının həcmi rekord səviyyəyə çatıb

Türkiyədə neft və qaz hasilatının həcmi rekord səviyyəyə çatıb

Türkiyədə neft hasilatının həcmi tarixi maksimuma - sutkada 107 min 621 barrelə çatıb, eyni zamanda qaz istehsalı gündə 7 milyon 609 min 427 kubmetr həddə çatdırılıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Energetika və Təbii Ehtiyatlar Nazirliyinin məlumatında deyilir.

Energetika naziri Alparslan Bayraktarın sözlərinə görə, cari il Türkiyə neft-qaz sənayesinin “maksimal inkişaf dövrü” elan olunub.

Nazir qeyd edib ki, ölkədə neftin əksər hissəsini (sutkada 95 min barreldən artıq) TPAO şirkəti hasil edir.

Qaz hasilatı ilə bağlı energetika naziri deyib ki, təkcə Qara dənizin Türkiyə sektorundakı “Sakarya” yatağında gündəlik 146 min 886 kubmetr qaz hasil edilir.

Bayraktar Türkiyənin enerji asılılığını minimuma endirmək məqsədinə doğru inamla irəlilədiyini vurğulayıb.

“Biz həm quruda, həm də dəniz zonasında yeni yataqların işlənməsinə səy göstəririk. Əminəm ki, neft və qaz hasilatının həcmi bundan sonra da artmaqda davam edəcək”, - deyə nazir qeyd edib.

Ramin Abdullayev

Ankara 

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
20 gün əvvəl
376 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib
ABŞ Venesuelanın bir qrup rəsmi şəxsinə sanksiya tətbiq edib.AZƏRTAC-ın ABŞ Xəzinə...
  • 1 saat əvvəl
  • 18
Dünya Köçəri Oyunlarında növbəti medal
Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya...
  • 2 saat əvvəl
  • 27
Formula 1 üzrə beynəlxalq dərəcəli hakim: Azərbaycan Formula 1 Qran-Prisinə ev sahibliyi etməklə dünya ölkələri arasında müsbət rəylər alıb
“Formula 1 mövsümündə treklər yalnız Bakı, Monako və Sinqapur şəhərlərində olur....
  • 3 saat əvvəl
  • 32
Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir
İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin...
  • 4 saat əvvəl
  • 39
Diş implantlarının bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı...
  • 5 saat əvvəl
  • 45
Aygün Əliyeva: Milli prioritetlərdən biri də ekoloji problemlərin həlli məsələsidir
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri də ekoloji...
  • 9 saat əvvəl
  • 64