Türkiyədə son üç həftədə 399 meşə yanğını baş verib

Türkiyədə son üç həftədə 399 meşə yanğını baş verib

Türkiyədə yayın əvvəlindən meşə yanğınlarının sayı keçən ilin iyun ayının ilk üç həftəsi ilə müqayisədə təxminən beş dəfə çox olub. Bu barədə AZƏRTAC Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinin məlumatlarına istinadla xəbər verir.

Rəsmi statistikaya görə, 2024-cü il iyunun 1-dən 21-dək Türkiyədə 399 meşə yanğını qeydə alınıb. Halbuki, ötən ilin müvafiq dövründə ölkənin meşə massivlərində 84 yanğın aşkar edilərək söndürülüb.

2023-cü ilin altıncı ayının ilk üç həftəsində Türkiyədə yanğınlar nəticəsində 41 hektar meşə sahəsi zərər görmüşdüsə, bu ilin iyun ayının əvvəlindən bu göstərici 2548 hektara çatıb.

İyun ayının gəlməsi ilə meşə zonalarından kənar ərazilərdə də yanğınların sayı kəskin artıb. Son üç həftə ərzində bu göstərici 551-ə çatıb, halbuki 2023-cü il iyunun 1-dən 21-dək Türkiyədə 155 məntəqədə yanğınlar söndürülüb.

Mütəxəssislər iyun ayında yanğınların sayının artmasını adətən iyul-avqust ayları üçün xarakterik olan kəskin istilərlə əlaqələndirirlər.

Türkiyə səlahiyyətliləri daha əvvəl yanğınlara səbəb olan insan faktoru riskini minimuma endirməyə çalışaraq ölkənin meşə massivlərinə səfərə qadağa qoyub.

Ramin Abdullayev

Ankara

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
21 gün əvvəl
371 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ticarət həcminin 30 milyard dollara çatdırılması nəzərdə tutulur
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Farhan Əl-Səud...
  • 50 dəq. əvvəl
  • 19
Türkiyədə xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb
Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata...
  • 1 saat əvvəl
  • 24
Media: Trampa sui-qəsddə şübhəli bilinən şəxsin avtomobilində partlayıcı qurğu aşkarlanıb
ABŞ hüquq-mühafizə orqanları Ağ evin keçmiş rəhbəri Donald Trampa sui-qəsddə şübhəli...
  • 2 saat əvvəl
  • 26
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü qeyd edilib
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü münasibətilə Sumqayıt...
  • 3 saat əvvəl
  • 35
Belarusda qeyri-sabit hava şəraiti nəticəsində ölənlər var
Belarusda pis hava şəraiti nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.AZƏRTAC...
  • 4 saat əvvəl
  • 41
Yaşar Güler: Türkiyə Silahlı Qüvvələri Kiprdə sülh və sabitliyin təminatçısıdır
Türkiyə Silahlı Qüvvələri Kiprdə həm türk, həm də yunan xalqları üçün sülhün və...
  • 6 saat əvvəl
  • 56