Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək

Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək

Türkiyədə neft hasilatının həcminin ilin sonunadək sutkada 100 min barelə çatdırılması planlaşdırılır ki, bu da ölkənin “qara qızıl”a olan tələbatının 10 faizini ödəməyə imkan verəcək.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu mayın 19-da yerli televiziyanın efirində Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Nazir bildirib ki, hazırda Türkiyədə gündəlik neft hasilatı 42,5 min barel ətrafında dəyişir. “İyul ayına qədər gündəlik 50 min barel hədəfinə çatmağı planlaşdırırıq. Güman edirəm ki, yeni yataqlar sayəsində bu göstərici ilin sonuna qədər iki dəfə artacaq”, - deyən nazir xatırladıb ki, Türkiyə gündə 1 milyon barel neft istehlak edir.

Bayraktar Anadolunun cənub-şərqindəki təbii ehtiyatların potensialına da diqqət çəkib, Qabar dağı bölgəsində böyük neft yatağının fəal şəkildə işlənməsinin davam etdirildiyini deyib.

O qeyd edib ki, bu rayonda hasil olunan neft yüksək keyfiyyətlidir. “Hazırda Qabar yatağından neft 225 nəqliyyat vasitəsi ilə daşınır. Paralel olaraq 37 kilometrlik boru kəmərinin tikintisi həyata keçirilir”, - deyə o bildirib.

A. Bayraktarın sözlərinə görə, hökumət ölkə üzrə quyuların sayını 1 850 ədədə çatdırmağı planlaşdırır. “Quru ilə yanaşı, Aralıq dənizi və Qara dənizdə potensial yataqların kəşfiyyatı davam edir”, - türkiyəli nazir əlavə edib.

Ramin Abdullayev

Ankara

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
509 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Qəbələnin Uludaş kəndində 80 təsərrüfat su altında qalıb
Son günlər havaların qeyri-sabit keçməsi xüsusən leysan yağışları Qəbələnin bir sıra...
  • 51 dəq. əvvəl
  • 12
İqtisadiyyat naziri Yevlax Pilot Aqroparkındakı müəssisələrin fəaliyyəti ilə tanış olub
İqtisadiyyat naziri Bakıda Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyri-neft sənayesi...
  • 1 saat əvvəl
  • 15
Sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Həftəsonu səfərə çıxan sürücülərə və digər hərəkət iştirakçılarına mövcud...
  • 2 saat əvvəl
  • 20
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 3 saat əvvəl
  • 26
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 3 saat əvvəl
  • 28
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 5 saat əvvəl
  • 32