Türkiyənin Lefkoşadakı səfiri: Ərdoğan və Əliyevin yüksək diplomatik və liderlik keyfiyyətləri ŞKTR üçün xüsusi əhəmiyyətə malikdir

Türkiyənin Lefkoşadakı səfiri: Ərdoğan və Əliyevin yüksək diplomatik və liderlik keyfiyyətləri ŞKTR üçün xüsusi əhəmiyyətə malikdir

Azərbaycanın Şimali Kipr Türk Respublikası ilə dialoqunun inkişafı istiqamətində atılan addımlar, Lefkoşanın Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində iştirakı Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin yüksək diplomatik və liderlik keyfiyyətlərinin nəticəsidir. Bütün bunlar Kiprin türk xalqı üçün xüsusi əhəmiyyətə malikdir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Lefkoşadakı səfiri Metin Feyzioğlu “Aydınlık” qəzetinə müsahibəsində deyib.

Türkiyə diplomatik missiyasının rəhbəri vurğulayıb ki, son illərdə baş verən proseslər ŞKTR-in beynəlxalq aləmdə tanınması istiqamətində aparılan kursun doğru olmasından və uğurundan xəbər verir.

Diplomat vurğulayıb ki, məhz Prezident Ərdoğanın səyləri sayəsində TDT-də ŞKTR-ə müşahidəçi dövlət statusu verilib.

“Şimali Kiprin nümayəndələri bu gün Türk Dövlətləri Təşkilatının müxtəlif tədbirlərində, o cümlədən nazirlərin görüşlərində iştirak edirlər. Növbəti məntiqi addım Lefkoşanın təşkilata tamhüquqlu üzvlüyü olmalıdır”, -deyə Feyzioğlu əminliyini ifadə edib.

Onun sözlərinə görə, Azərbaycanla əlaqələr Kipr türklərinin maraqları baxımından xüsusi əhəmiyyət kəsb edir.

Səfir prezidentlər İlham Əliyev və Ersin Tatarın görüşünü, Milli Məclisdə Azərbaycan-ŞKTR parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasını, Azərbaycan nümayəndə heyətlərinin Lefkoşaya çoxsaylı səfərlərini xatırladıb.

“Prezident İlham Əliyev ŞKTR Prezidenti Ersin Tatarı Bakıya dəvət edib və o, dövlət protokoluna uyğun şəkildə qarşılanıb. Bu, çox mühüm hadisə idi”, - deyə Türkiyə diplomatik missiyasının rəhbəri bildirib.

Səfir qeyd edib ki, elə ötən ay Azərbaycan Milli Məclisinin deputatları Lefkoşada olublar və burada ŞKTR, Azərbaycan və Türkiyə parlamentarilərinin üçtərəfli görüşü keçirilib.

Feyzioğlu ŞKTR-in bütün Türk dünyası üçün geostrateji əhəmiyyətinə diqqət çəkib. “Türk dünyasının ən cənubunda güclü və inkişaf etmiş müstəqil türk dövlətinin olması təkcə Türkiyənin deyil, bütün TDT dövlətlərinin milli maraqlarına uyğun olan məsələdir. ŞKTR Aralıq dənizinin şərqində türklərin cənub sərhədidir”, -deyə Feyzioğlu qeyd edib.

Ramin Abdullayev

Ankara

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
406 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb
İyulun 17-də Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı...
  • 47 dəq. əvvəl
  • 10
BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb
Banqkokda lüks otel otağında ölən 6 vyetnamlı sianidli içkilərdən zəhərlənib.AZƏRTAC...
  • 54 dəq. əvvəl
  • 11
Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib
Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssisləri tərəfindən aqrar...
  • 2 saat əvvəl
  • 27
Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir
Azərbaycanın bir sıra futbol komandaları Türkiyənin şərq vilayəti olan Ərzurumda...
  • 3 saat əvvəl
  • 33
“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub
Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları...
  • 3 saat əvvəl
  • 37
Peşə öyrənən yeniyetmə və gənclər erkən nikahın mənfi nəticələri ilə əlaqədar təlimdə iştirak ediblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin...
  • 5 saat əvvəl
  • 46