Uğur qazanmaq üçün sizə ilham verəcək 19 motivasiya sözləri

Yenilənmə tarixi: 2022-01-29

Motivasiya sözləri, ruhlandıran motivasiya cümlələri bu məqaləmizdə topladıq. Motivasiyaya aid şəkilləri də telefonunuza endirərək whatsapp statusunuzda paylaşa bilərsiniz.

Uğurlu insanlar xoşbəxtlik, zənginlik və böyük karyera kimi ilk diqqətəlayiq keyfiyyətləri ilə tanınırlar. Ancaq bu uğur birdən-birə yaranmır, böyük zəhmətə, çətinliyə əsaslanır.

Uğurlu olmaq üçün hər yeni günü irəliyə getmək və hədəflərinizə çatmaqdan ötrü bir fürsət kimi görməlisiniz. Çünki hədəflərinizə addım-addım yaxınlaşdıqca daha çox şey etmək və daha da irəliləmək istəyəcəksiniz. Uğur qazanmaq əzminiz yaşadıqca, ehtiyacınız olan motivasiyanı özünüzdə tapacaqsınız.

motivasiya cümləsi

Xəyal edə bilirsənsə, bacararsan.

Gözləmə. Heç zaman "əsl vaxt" olmayacaq. Olduğun yerdən başla və əlindəki vasitələrdən istifadə et, vaxt keçdikcə daha yaxşı vasitələrə sahib olacaqsan.

Saata baxma, saat kimi ol. İrəliləməyə davam et.

Gələcək xəyallarının gözəlliyinə inananlara aiddir.

Uğur sözləri

Əngəllər olacaq. Şübhə edənlər olacaq. Səhvlər olacaq. Ancaq çox çalışsanız, məhdudiyyətlər yox olacaq.

Sənin cəsarət etmədiyin riskləri alanlar yaşamaq istədiyin həyatı yaşayacaqlar.

motivasiya sözləri

Gözlərini ulduzlara yönəlt, ayaqların yerdə dursun.

Davamlılığı təmin etməyin yolu qarşına daha böyük hədəflər qoymaqdır.

Həyatını bu gün dəyişdir. Gələcəyinlə qumar oynama. Elə indi hərəkətə keç.

ilham verici sözlər

Qalib gələ bilməyəcəyiniz yeganə insan əsla təslim olmayan insandır.

Sərhədim: Xəyallarım.

Üzü üstə yıxılsan belə, yenə də irəli getməlisən.

qısa motivasiya cümləsi

Özünü irəli apar, heç kim bunu sənin yerinə etməyəcək.

Rahatlıq zonasında olduğunuz zaman böyük nəticələr heç vaxt əldə edilmir.

Haradasansa, oradan başla. Nəyin varsa, ondan istifadə et. Nə edə bilirsənsə, onu et.

Uğur sizi tapmayacaq. Siz onu tapmalısınız.

rəsimli motivasiya sözləri

Bir şey üzərində nə qədər çox çalışsanız, onu əldə etdikdən sonra özünüzü bir o qədər gözəl hiss edəcəksiniz.

İndi əziyyət çək və qalan ömrünü çempion kimi yaşa.

ruhlandırıcı sözlər

Yorulduğunuzda deyil, bitirdikdə dayanın.

Daha çox düşün. Daha çox reallaşdır.

İnkişafın sirri başlamaqdır.

Çətin olacaq, amma çətinlik mümkünsüz demək deyil.

Hazırlaya bilmirsinizsə, uğursuzluğa hazırlaşırsınız!

Öz həyat planınızı tərtib etməsəniz, başqasının planına yol tapacaqsınız. Və sənin üçün nə planlaşdırdıqlarını bilirsənmi?

Uca məqsədə gedən yolda sənə qarşı olan insanlara qalib gəlməlisən!

Qarşınıza başqa məqsəd qoymaq və yeni arzularınızı həyata keçirmək üçün heç vaxt gec deyil!

gözəl işə ruhlandıran cümlə

Məqaləyə emosiya bildir:
emotion
162
emotion
15
emotion
10
emotion
12
emotion
66
emotion
9
emotion
5
Dostlarınla paylaş:
3 il əvvəl
58429 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (10)
Suzana (11 ay əvvəl)
daim shagird ve telebeler soylediyim sozler..Insanlarin bir-birine menevi destek olmasi boyuk stimuldu,motivasiyadi. Hami guclu iradeye malik olmur.Teshekkur maraqli fikirleri bir yere topladiginiz ucun
zeynep (1 il əvvəl)
həyat çətin olsa da dəvam edir...
Yusif Həsənov (1 il əvvəl)
Demək Olar Ki 1 İldir Sizin Əziyyət Çəkib Yazdığınız Bu Motivasiya Sözlər İlə Və Türk Doğan Akkök Motivasiya Sözləri İlə Çox Uğurlar Qazanmışam Bu Həqiqətdir, Hər Kim Doğurdanda Bu Sözləri Mütaliə Edib İcra Etsə Uğur Qazanar Təşəkkür Edirəm Sizə
Aİİ (1 il əvvəl)
çox sağ olun, əziyyət çəkib tərtib etmisiniz.
pardonqizdirmanizvarmiiii (1 il əvvəl)
teqdimata yazdim mektebde oxudum beyendiler muqoooooo
jhhc (1 il əvvəl)
motivasiya verir sevdim
fıdan (1 il əvvəl)
faydalıdır meni pozıtıv edır
Nezrin (1 il əvvəl)
Motivasiya verir amma aglimda güvensizlik var heçkimin mene güvenmemesi meni motivasiyadan salir:'(
NAHIDE (1 il əvvəl)
BU MATIVASYONLAR INSANI MATIVE EDIR VE BU COX GOZEL SEYDIR
Mehemmed (1 il əvvəl)
Çox doğru.ilk dəfə araşdırıb paylasdim