Uğurlu yol, səfər arzulamaqla bağlı mesajlar

Sevdiyiniz insanlar səfərə çıxdıqda onlara uğur arzulamaq üçün gözəl sözlərə ehtiyacınız olur. Həmin sözləri bu məqaləmizdə bir araya gətirmişik. Onları təqdim edirik.

1. Sağlam get, sağlam gəl. Xoş səyahətlər.

2. Bəzi səyahətlər yola düşməzdən əvvəl başlayır. Bəzən hətta daha erkən...

3. Parlaq dəniz, sarı qumsal, bol günəş, gözəl qızlar. Gözəl bir tətil üçün hər şey səninlə olsun.

4. Minlərlə kilometrlik səyahət bir addımla başlayır. Sənə yaxşı bir səyahət arzulayıram.

5. Bəziləri səyatə çıxarkən çoxlu paltar aparırlar və bütün yol boyu yük daşımağa məcbur qalırlar. Əslində, bir dəst paltarla da gəzmək olar.

6. Hər dəfə səni düşünəndə üzümü göyə qaldırıb bir ulduz seçirəm. Eyni səmada bir ulduzla səninlə görüşürəm. Su kimi gedib, su kimi qayıtmağın üçün hər axşam bir ulduzdan xəbər göndərirəm.

Uğurlu yol mesajları

7. Yolun açıq olsun. Gözəl səfərlər arzu edirəm.

8. Gedəcəyin yer hara olursa olsun, qayıdacağın yer mənim yanım olsun. Yolun açıq, ürəyin mənimlə olsun.

9. Allah səni qəza-bəladan qorusun. Gülə-gülə get, gülə-gülə qayıt.

10. Heç bir şey zəkanı səyahət etmək kimi inkişaf etdirə bilməz.

Yolların uzaq olması təəssüfləndirməsin səni. Qəlbinə qayıtmağı unutma.

Mənim yerimə də çoxlu gəz. Sənin üçün darıxacağam.

səfərlə bağlı mesajlar

Səyahət eynən eşq kimidir, getdikcə insanı sıxmağa və ağrı verməyə başlayır.

Niyə gözləyənlər üçün zaman bu qədər yavaşdır? Tez qayıtmağın ümidi ilə, xoş istirahətlər.

Yolların su kimi axsın, yolboyu mışıl-mışıl yatasan. Məni düşünüb başını pəncərəyə dayayasan. Uğurlu səfərlər...

Səyahət möhürlənməmiş bir zərf kimi həmişə hüznlüdür.

Səyahətə xərclədiyiniz büdcə, həyatınızda etdiyiniz ən yaxşı sərmayədir.

Ümidlə səyahət etmək təyinat yerinə çatmaqdan daha zövqvericidir.

yol ilə bağlı mesajlar

Səndən ayrılmaq çətindir. Qoxunu hiss etməmək, gözlərinə baxa bilməmək, səndən uzaqda nəfəs almaq ölüm kimidir. Gözəl səyahətlər...

Dünya bir qazandır, sən isə çömçə. Bəs bu dəfə səyahət haradadır? Hədiyyəmi alarsan. Uğurlar.

Mən də səninlə getmək istərdim. Xoş səyahətlər.

Dualarım yalnız sənin üçündür. Həsrətlə yolunu gözləyəcəyəm.

Soruşan və soruşmayan hər kəsə salam söylə. Tez qayıt yanıma.

Səyahətin hara olur olsun, qayıdacağın yer evimiz olsun. Ehtiyatlı ol, qayıdanda xəbər et. Gözəl səyahətlər...

səfərlə bağlı mesajlar

Uzaqlıq kiçik sevgiləri məhv edər, bizi isə gücləndirər. Xoş istirahətlər, əzizim.

Həyatınızda bəzi şeylər qaydasında deyilsə, planınıza səyahət əlavə edin.

Səyahətin elə gözəl keçsin ki, qayıdıb hər şeyi danışasan və özümü oradakı kimi hiss edim.

Gözəl səyahətlər, əzizim. Sənsizlik gözlərimi yumub açanaqədər keçər, İnşAllah.

Yaxşıca əylən, üz, amma dənizi, günəşi, qumu çox istismar etmə ki, bizə də qalsın.

O uzun yolda mənim üçün darıxsan, əlini qəlbinə qoy. Səsimi eşidəcəksən, mən həmişə səninləyəm.

Ən gözəl uğurlu yol mesajları

Yeni həyatlarla tanış olmaq və yeni şeylər öyrənmək istəyirsinizsə, səyahətə çıxın.

Bu kiçik ayrılıqlara daha böyük birliyimiz naminə qatlanırıq.

Həyatdan qaçmaq üçün yox, yenidən həyata tutunmaq üçün yola çıxmalıyıq.

Səni əvvəl Allaha, sonra qəlbimə əmanət edirəm. Allah səni qorusun, sağ-salamat qayıdasan. Xoş səyahətlər...

Əziz qardaşım, yolun açıq olsun. Allah sağ-salamat qayıtmağı nəsib etsin. Uğurlu yol.

Bu kiçik ayrılıqlar böyük sevgimizə zərər verə bilməz. Bu ürək minlərlə kilometr uzaqda olsa belə başqasını sevməz.

Rəsimli uğurlu yol sözləri

Məqaləyə emosiya bildir:
2 il əvvəl
5857 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Sevgi qeydləri - Ən şirin sevgi mesajları
Ən gözəl sevgi sözcükləri, sevgi mesajları, sevgiliyə yazmaq üçün mənalı sevgi...
  • 10 ay əvvəl
  • 14581
Azanla əlaqəli sözlər
Azan haqqında olan ən gözəl və mənalı sözləri sizə təqdim edirik. Azan islamın...
  • 11 ay əvvəl
  • 7599
Instagram-da fotolara yaza biləcəyiniz sevgi sözləri
Sevgi hisslərinizi göstərmək üçün Instagram-da fotolarınıza yaza biləcəyiniz sevgi...
  • 11 ay əvvəl
  • 9457
Xoş gəldin, may mesajları
Mayın gəlişi ilə bağlı yazılı şəkillər hazırlamışıq. Bunları Whatsapp durumunuzda...
  • 12 ay əvvəl
  • 7999
Qız övladı haqqında gözəl sözlər
Atanın qız övladı üçün whatsapp statusda paylaşmaq üçün gözəl sözlər. Anadan...
  • 1 il əvvəl
  • 24294
Facebook üçün qısa statuslar
Milyonlarla insan bir-biri ilə əlaqə saxlamaq və hisslərini bölüşmək üçün Facebook-dan...
  • 1 il əvvəl
  • 10583