“Uilyam Şekspir” beynəlxalq ingilis dili olimpiadasının qalibləri təltif olunublar

“Uilyam Şekspir” beynəlxalq ingilis dili olimpiadasının qalibləri təltif olunublar

İyunun 10-da Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı, “International Olympiads Center” və Müasir İnnovasiyalar Liseyi tərəfindən 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Uilyam Şekspir” beynəlxalq ingilis dili olimpiadası qaliblərinin təltifetmə mərasimi keçirilib.

YAP Nəsimi rayon təşkilatından bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb: “Azərbaycan xalqı birləşərək, ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı iradəsini ortaya qoyaraq Ümummilli Liderin hakimiyyətə qayıdışını təkidlə tələb etdi. Xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan Heydər Əliyev xalqına və dövlətinə sahib çıxdı. Ulu Öndər uzaqgörən və müdrik siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi”.

Tədbirdə “Uşaq himni” səsləndirilib və Milli Qurtuluş bayramı ilə əlaqədar “Səma” rəqs qrupunun ifası təqdim olunub. “International Olympiads Center”in direktoru Nail Xanməmmədov və Müasir İnnovasiyalar Liseyinin tədris işləri üzrə direktor müavini Faiq Əliyev qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik ediblər.

Sonra qaliblər təltif olunublar.

Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə yekunlaşıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
441 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 21 dəq. əvvəl
  • 7
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 37 dəq. əvvəl
  • 8
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 14
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 25
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 27
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 38