Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ukrayna Ali Radası məhbusların könüllü səfərbər edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, qanun layihəsinə görə, qəsdən adamöldürmə, zorlama törətmiş və pedofil şəxslərlə yanaşı, milli təhlükəsizliyin əsaslarına qarşı cinayətlər törətmiş korrupsionerlər, habelə xüsusi məsul vəzifə tutmuş şəxslər – xüsusən də deputatlar və nazirlər Ukrayna silahlı qüvvələrinin sıralarına daxil ola bilməzlər.

Yalnız ağır cinayət törətməmiş məhbuslar könüllü olaraq səfərbərliyə cəlb olunacaqlar.

Ali Radanın dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə, regional inkişaf və şəhərsalma komitəsinin rəhbəri Yelena Şulyak bildirib ki, qəbul edilmiş qanuna əsasən, məhkumlar Ukrayna silahlı qüvvələrinin sıralarına yalnız öz istəkləri ilə və məhkəmənin qərarı ilə daxil ola bilərlər. Əvvəlcə şərti azadlığa namizəd müvafiq ərizə təqdim edir və cəzaçəkmə müəssisəsi onun Ukrayna Dövlət Penitensiar Xidmətinin səhiyyə müəssisələrində ilkin tibbi müayinədən keçməsini təşkil edir, çünki yalnız kifayət qədər fiziki hazırlıq səviyyəsinə malik olan məhkumlar və ruhi cəhətdən sağlam olanlar səfərbər olurlar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
4 ay əvvəl
472 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Naxçıvan teatrının 142-ci mövsümünün açılış mərasimi keçirilib
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının...
  • 3 dəq. əvvəl
  • 2
“Aghdam City Hotel” bölgədə turizmin inkişafına təkan verəcək
İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar...
  • 1 saat əvvəl
  • 18
Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam
“Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını əldə etməyin çox vacib olduğunu...
  • 2 saat əvvəl
  • 27
Qurban Qurbanov: "Neftçi"nin nəticələri məni də məyus edir
"İlk olaraq xalqımızı bayram münasibətilə təbrik edirəm. Oyuna gəlincə, yaxşı...
  • 3 saat əvvəl
  • 33
Ağdam İmarət Kompleksi ziyarətçilər üçün açıqdır
Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq...
  • 4 saat əvvəl
  • 41
Misli Premyer Liqası: "Qarabağ" "Neftçi" ilə oyunda ikinci qolu vurub  YENİLƏNİB 2
Misli Premyer Liqasının VII turunda üz-üzə gələn "Qarabağ" və "Neftçi" komandaları...
  • 5 saat əvvəl
  • 42