Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunub konserti - “Andante və Scherso”

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunub konserti - “Andante və Scherso”

L.M.Rostropoviçlərin ev-muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Andante və Scherso” adlı klassik musiqi konserti keçirilib.

Muzeydən bildirilib ki, konsertdə fleyta ifaçıları Əməkdar artist Nicat Salmanov və Respublika müsabiqələr laureatı Nərminə Salmanovanın ifasında Fikrət Əmirovun “Aşıq sayağı”, Paul Taffanelin “Andante və Scherso”, Frederik Chopinin “Nocturne”, Gabriel Faurenin “Fantaziya” və başqa dünya klassiklərinin əsərləri konsertmeyster Leyla Zeynalovanın müşayiəti ilə səsləndirilib.

Qeyd edək ki, mədəniyyət və incəsənət xadimlərinə daim diqqətlə yanaşan Ulu Öndər Heydər Əliyev Mstislav Rostropoviçin şəxsiyyətinə xüsusi qiymət göstərirdi. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin dəvəti ilə Mstislav Rostropoviç uzun illərdən sonra 1997-ci ildə yenidən Azərbaycana qayıtmışdır.

Bu iki böyük şəxsiyyətin dostluğu, birgə fəaliyyəti birbaşa Azərbaycanın mədəniyyət və incəsənətinin inkişafına yönəldilmişdir. Ölkəmizdə göstərdiyi xidmətlərə görə Heydər Əliyev Mstislav Rostropoviçi “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif etmişdir. Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində iki dahi şəxsiyyətin dostluq və birgə fəaliyyətini əks etdirən çox dəyərli əlyazma məktublar, fotoşəkillər, sənədlər və başqa maraqlı eksponatlar qorunub saxlanılır. Muzeydə keçirilən müxtəlif tədbirlərdə, “Açıq qapı” günlərində dəvət olunan məktəblilərə, tələbələrə, gənclərə Ulu Öndər Heydər Əliyev və M.Rostropoviçin dostluq münasibətləri və ölkəmizin rifahı üçün göstərdikləri xidmətlər haqqında ətraflı məlumatlar verilir. Bununla yanaşı hər il muzeydə Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş müxtəlif xarakterli tədbirlər təşkil olunur.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
12 gün əvvəl
300 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir
Türkiyə Universitetlər Birliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu qurumun...
  • 2 saat əvvəl
  • 24
DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169...
  • 3 saat əvvəl
  • 32
Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaradağ Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobilində konstruksiya...
  • 4 saat əvvəl
  • 42
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 5 saat əvvəl
  • 50
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif...
  • 6 saat əvvəl
  • 48
Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb
Cari ilin may ayının 19-dək Gürcüstanda HİV virusuna yoluxanların sayı 10608 nəfərə...
  • 7 saat əvvəl
  • 55