Ümumdünya Səhiyyə Assambleyası Cenevrədə pandemiya sazişi üzrə irəliləyişi nəzərdən keçirəcək

Ümumdünya Səhiyyə Assambleyası Cenevrədə pandemiya sazişi üzrə irəliləyişi nəzərdən keçirəcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında mayın 27-dən iyunun 1-dək Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası keçiriləcək.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Assambleyası sessiyada 2025-2028-ci illər üçün iş proqramının layihəsini, vərəm və poliomielit xəstəliyinin aradan qaldırılması strategiyasını, diqqətdən kənarda qalan tropik xəstəliklərlə mübarizə üzrə yol xəritəsini və iqlim dəyişikliyi şəraitində sağlamlığın qorunması üçün tədbirləri müzakirə edəcək.

ÜST-ün əsas illik forumuna dəvət olunmuş 194 dövlətin nümayəndələrinin diqqəti, həmçinin pandemiyanın qarşısının alınmasına dair saziş üzrə 2021-ci ildən davam edən işlərə yönələcək.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus sessiya ərəfəsində bildirib ki, təşkilat üzvləri 7 milyondan çox insanın həyatına son qoyan COVID-19 epidemiyasının yaratdığı çağırışlara cavab vermək üçün çox böyük səylər göstərib. Koronavirus pandemiyası hər kəsə təsir etdi, buna görə də ÜST-ə üzv ölkələr dünyanın növbəti pandemiyaya daha yaxşı hazır olmasına yönəlmiş sazişin hazırlanması prosesinə başladılar.

Baş direktor bu danışıqlarda böyük irəliləyişin əldə edildiyini qeyd edərək, eyni zamanda hələ də aradan qaldırılmalı olan problemlərin mövcudluğuna diqqət çəkib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
474 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 13 dəq. əvvəl
  • 4
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 13
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 24
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 26
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 37
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 42