“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Mayın 8-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə çıxış edən Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bildirib ki, Ümummilli Lider Heydər Əliyev hələ sovet hakimiyyətinin sərt qadağaları dövründə ana dilimizin qorunmasına xüsusi diqqət yetirib. Məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz əksini tapıb.

Alim vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin milli dil siyasətində dilə, dilin inkişafına hörmət və qayğıdan irəli gələn tədbirlərin həyata keçirilməsi sistem halındadır: “Ötən əsrin 70-ci illərində dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinin Dövlət Mükafatına layiq görülməsi məhz ana dilinə qayğı və hörmətlə bağlı idi. Ulu Öndərin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında görkəmli dövlət xadimi Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, vətəndaşlıq mövqeyi, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb”.

Ümummilli Liderin əsasını qoyduğu dövlət dil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini deyən Nadir Məmmədli ana dilimizin saflığının qorunması istiqamətində bir sıra sənədlərin imzalandığını diqqətə çatdırıb.

Sessiyada professor Sayalı Sadıqova “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, professor İsmayıl Məmmədli “Heydər Əliyevin dövlətçilik, idarəçilik və dil siyasəti qələbəmizin təməlidir”, dosent Xədicə Heydərova “Heydər Əliyevin siyasi natiqliyi”, dosent Təranə Şükürlü “Heydər Əliyev və nitq mədəniyyəti” mövzularında məruzələrlə çıxış ediblər. Məruzəçilər Ümummilli Liderin ana dilimizin qorunması istiqamətindəki xidmətlərindən, bu istiqamətdə atdığı addımlardan, müasir dövrdə ana dilimizin mövcud problemlərindən və həll yollarından danışıblar.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
4 ay əvvəl
507 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Naxçıvan teatrının 142-ci mövsümünün açılış mərasimi keçirilib
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının...
  • 3 dəq. əvvəl
  • 2
“Aghdam City Hotel” bölgədə turizmin inkişafına təkan verəcək
İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar...
  • 1 saat əvvəl
  • 18
Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam
“Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını əldə etməyin çox vacib olduğunu...
  • 2 saat əvvəl
  • 27
Qurban Qurbanov: "Neftçi"nin nəticələri məni də məyus edir
"İlk olaraq xalqımızı bayram münasibətilə təbrik edirəm. Oyuna gəlincə, yaxşı...
  • 3 saat əvvəl
  • 33
Ağdam İmarət Kompleksi ziyarətçilər üçün açıqdır
Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq...
  • 4 saat əvvəl
  • 41
Misli Premyer Liqası: "Qarabağ" "Neftçi" ilə oyunda ikinci qolu vurub  YENİLƏNİB 2
Misli Premyer Liqasının VII turunda üz-üzə gələn "Qarabağ" və "Neftçi" komandaları...
  • 5 saat əvvəl
  • 42