Uşaqlarda qəbizlik nədir?

Sadə dillə desək, qəbizlik bərk nəcisin çətin defekasiyasıdır. Uşaqların gündə bir-iki dəfə defekasiya etməsi normal hesab olunur.

Körpələrdə, xüsusən də ana südü qəbul edənlərdə gündəlik defekasiya sayı daha çox ola bilər. Qəbizlik körpəlikdə və uşaqlıqda ən çox rast gəlinən xəstəliklərdən biridir. Yemək vərdişlərindən tutmuş istifadə edilən dərmanlara qədər bir çox səbəbi ola bilər.

Əsas səbəbi müəyyən etmək, qidalanma və həyat tərzi dəyişiklikləri müalicədə ilk addımlardır. Uşağın tualet vərdişlərinin tənzimlənməsi və həkim tövsiyəsi ilə dərman istifadəsi problemin aradan qaldırılmasına kömək edir.

Uşaqlarda qəbizliyin səbəbləri hansılardır?

Uşaqlarda qəbizliyin səbəbləri

Ən çox rastlaşdığımız növü olan sadə qəbizlik, ana südü kəsildikdə və bunun əvəzinə başqa qidalar verildikdə əmələ gəlir.

Körpələrdə:

Ana südü ilə qidalanma zamanı ananın qəbizliyi

Qatı qidalara keçid və qida konsentrasiyasının dəyişdirilməsi

Ana südündən inək südünə keçiddə çoxlu miqdarda inək südünün istehlakı (1 yaşdan əvvəl inək südü verilməməlidir)

Diş çıxarma və iməkləmə zamanı körpənin düzgün qidalanmaması

Körpəlikdə istifadə edilən dəmir həbləri

Uşaqlarda:

Sulu yeməklər əvəzinə quru yeməklər yemək

Karbohidrat və lifsiz qidaların davamlı istehlakı

Kifayət qədər su içməmək

Defekasiya zamanı ağrıya görə tualetə getməməyi vərdiş etmək

Tiroid hormonunun az ifrazı (hipotriodiya)

Yoğun bağırsaqda sinir sisteminin qeyri-kafi inkişafı (diaqnoz qoyulduqda əməliyyat tələb olunur)

İstifadə olunan dərmanların yan təsirləri

Uşaqlarda qəbizliyin əlamətləri hansılardır?

Bəzi körpələr gündə bir neçə dəfə, bəziləri isə 2-3 gündən bir nəcis ifraz edirlər. Əgər uşağın nəcisi sərtdirsə və onda defekasiya zamanı çətinlik və ağrı olursa, o zaman qəbizlikdən danışmaq olar.

Həkimin əlavə maye və ya meyvə püresi tövsiyə edə bilər. Qəbizlik davam etdikdə və körpənizdə qarın ağrısı, ürəkbulanma və ya qusma olduqda dərhal həkimə müraciət edin.

Uşaqlarda ümumi müşahidə olunan simptomlar

Uşaqlarda qəbizlik simptomları

Bir neçə gün tualetə gedə bilməmək

Ayağın ucunda dayanmaq və ya bağırsaq hərəkətini saxlamaq üçün rəqs edirmiş kimi davranmaq

Qarın ağrısı və şişkinlik

Sızıntı səbəbiylə çirklənmiş alt paltarları

Enkomprezis: Düz bağırsaqda daşlaşmış nəcisin boşaldılması mümkün olmadığı üçün yeni gələn və nisbətən yumşaq nəcisin alta qaçırılması

Nəcisin sidik kisəsinə təzyiqi səbəbindən sidik qaçırma

Düz bağırsaqda qanaxma

Sidik yollarının infeksiyaları

Anoreksiya

Qəbizliyin irəlilədiyi və ya dərmanlara reaksiya vermədiyi hallarda daha geniş müayinə üçün uşaq qastroenterologiyası mütəxəssisinə müraciət etmək lazımdır. Qəbizliyin səbəbləri ilə bağlı araşdırmalar təkrarlanır və əlavə müayinələr aparılır.

Qəbizlik prosesində həyəcan simptomları aşağıdakılardır:

İshal hücumları
Nəcis ifraz edə bilməmək
Düz bağırsaqda qanaxma

Bu durumda kolonoskopiya, rektoskopiya, rektal manometriya müayinələri aparıla bilər.

Uşaqlarda qəbizliyin müalicə üsulları hansılardır?

Uşaqlarda qəbizliyin müalicə üsulları

Uzun sürən və ya tam müalicə olunmayan qəbizlik nəticəsində anusun kənarında çatlar əmələ gəlir. Daha sonra anusun yan tərəflərində bənövşəyi damar genişlənmələri görünür. Qəbizlik müalicə olunmazsa, irəlilyən yaşda (ilk gənclik dövründə) hemoroidə çevrilir.

Müalicədə xüsusilə qəbizliyin səbəbi olduğunu yaxşı bildiyimiz qidalar (banan, alma və kök, kola, çay, həddindən artıq istehlak edildikdə inək südü) qəbizlik azalana qədər qida rasionundan çıxarılmalıdır.

Nəcis tutma qabiliyyəti uşaqdan-uşağa fərqlilik göstərsə də, adətən 1-3 yaş arasında baş verir. Qəbizlik uşaqlarda müxtəlif problemlər yarada bilər və bu hallarda cərrahi əməliyyat da daxil olmaqla fərqli müalicə üsullarına müraciət olunur. Bu problemlərə anal çatlar, fistulalar, nəcis tutmama və ya hemoroid daxildir.

Qidalanma vərdişlərinin korreksiyası, sulu və yumşaq qidalarla qidalanma və bəzi dərmanlar qəbizliyi aradan qaldırmağa kömək edir. Uşaq qastroenterologiyası mütəxəssisi ilə görüşərək qəbizliyə səbəb ola biləcək faktorları tənzimləmək, qəbizliyə səbəb olan bütün qidaları qida rasionundan çıxarmaq və qidalanma tezliyini tənzimləmək gərəkdir.

Uşaqların etməsi vacib olan amillər

Müntəzəm olaraq idman etmək, lift əvəzinə pilləkənlərdən istifadə etmək, qaçmaq, gəzmək

Tualet hissi gəldiyi zaman dərhal tualetə getmək, tələsmədən bağırsaqların tam boşalmasını gözləmək

Hər gün çoxlu su içmək

Bol tərəvəz və meyvə yemək

Anal fissura səbəb olan qəbizliyi ortaya çıxaran amillər aşağıdakı kimi sadalanır:

Az lifli qidalarla qidalanmaq

Tərkibində az lif olan qidalar bağırsaqların çalışmasını ləngidir.

Az miqdarda maye qəbulu

Bol su içilmədiyi təqdirdə, bağırsağın içindəkilər də qatılaşır.

Hərəkətsizlik

Gün ərzində kifayət qədər hərəkət etməmək bağırsaqların tənbəlləşməsinə səbəb olur.

Dərmanlar

Müəyyən dərmanların uzun müddət istifadəsi qəbizliyə səbəb ola bilər. Bunları həkimlə birlikdə qiymətləndirməyiniz tövsiyə olunur.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
4298 dəfə oxundu
ilk.az-çılar nə deyir?