Üz təmizliyində edilən 7 səhv
Gözəl və sağlam dəriyə sahib olmağın ən böyük sirri üz təmizliyidir, amma nə qədər diqqətli olsaq da, üz təmizliyində bəzi səhvlər edə bilərik. Bu səhvləri etməməyiniz üçün üz təmizliyinin sirlərini sizinlə bölüşürük.
1. Dərini çox yumaq
İstədiyiniz zaman dərinizi yusanız, dərinin təbii yağ balansını pozarsınız. Dərinin yağ balansı pozulduqda dəri qıcıqlana bilər və pis bir görünüş ortaya çıxar. Buna görə üzünüzü tez-tez yumayın.
2. Pilinqdən çox istifadə etmək
Pilinq, dəridəki ölü dərinin soyulması üçün qulluq üsuludur. Bu üsulu həftədə 2 dəfədən çox tətbiq etdiyiniz zaman dəriniz zədələnə bilər. Bu baxımdan diqqətli olmalısınız.
3. İsti suyun istifadəsi
İsti sudan çox istifadə etmək dəriyə zərərlidir. Dərinin yağ balansını poza, zədələnməsinə səbəb ola bilər. Bu səbəbdən dərinizin sağlamlığı üçün ilıq su istifadə etməlisiniz.
4. Üzü dəsmalla silmək
Üzümüzü yuduqdan sonra dərhal dəsmalla qurulayırıq. Lakin bu yanlış hərəkətdir. Üzü dəsmalla asta şəkildə, ovuşdurmadan silmək lazımdır.
5. Nəmləndiricidən istifadə etmək
Dərinizi təmizlədikdən sonra dərhal nəmləndiricidən istifadə etmirsinizsə, səhv edirsiniz. Nəmləndiricinin daha sürətli nüfuz etməsi üçün onu üz təmizliyindən dərhal sonra tətbiq edin.
6. Yaxşıca yaxalamamaq
Üzünüzü yuyarkən bəzi nahiyələrin yuyulduğuna əmin olun. Alın xətti, çənənin altı və yanaq kənarlarının yaxşı yuyulmasına diqqət yetirin.
7. Səhv məhsullar almaq
Yaxşı təmizliyin ilk qaydası yaxşı bir təmizləyiciyə sahib olmaqdır. Təmizləyici məhsul dərinizdəki kir, yağ və makiyaj qalıqlarını tamamilə aradan qaldırmalıdır. Ancaq bunları edərkən dərinin təbii görünüşünü korlamamalıyıq.
Dostlarınla paylaş:
2833 dəfə oxundu
ilk.az-çılar nə deyir?