Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Əlbəttə kitab bayramlarının keçirilməsi çox təqdirəlayiqdir. Son illərdə bir sıra bölgələrdə, o cümlədən ikinci ildir Naxçıvanda belə sərgilər təşkil olunur. Deyirlər XXI əsrin insanları kitab oxumur, bütün dünyada kitab satışı azalıb. Ancaq düşünürəm ki, bu fikir yalnışdır. Düzdür qısa bir dövr oldu ki, elektron kitab önə çıxdı, ancaq bu gün yenidən balans dəyişib, kağız kitaba maraq böyükdür.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində tanınmış yazıçı Varis Yolçiyev söyləyib.

O deyib: “Kitab insanların ən yaxın dostudur. O, təkcə bilik vermir, həm də insanları gələcəyə hazırlayır. Məhz bu amillərə görə “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili çox dəyərli, təqdirəlayiq addımdır. Bizə də xoşdur ki, ikinci ildir ölkəmizin bu qədim diyarında keçirilən kitab bayramında iştirak edirik. Arzu edirəm ki, belə tədbirlər daha çox olsun. Nə qədər çox kitab satılsa, oxunsa, insanlar bir o qədər bilikli, zehinli və nikbin olarlar”.

Qeyd edək ki, bu gün Naxçıvan şəhərindəki “Saat Meydanı”nda konüllülərin fləşmobu ilə “BOOKFEST” Naxçıvan Kitab Sərgisinə start verilib. Dörd gün ərzində davam edəcək tədbirdə bir-birindən maraqlı layihələr təqdim olunacaq. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin media tərəfdaşıdır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
268 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir
Türkiyə Universitetlər Birliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu qurumun...
  • 1 saat əvvəl
  • 16
DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169...
  • 2 saat əvvəl
  • 24
Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaradağ Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobilində konstruksiya...
  • 3 saat əvvəl
  • 34
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 4 saat əvvəl
  • 42
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif...
  • 5 saat əvvəl
  • 40
Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb
Cari ilin may ayının 19-dək Gürcüstanda HİV virusuna yoluxanların sayı 10608 nəfərə...
  • 6 saat əvvəl
  • 49