Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasından verilən məlumata görə, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuraraq vəkilliyə namizəd olan 5 nəfərin andiçmə mərasimi keçirilib, onlara vəsiqələr təqdim edilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Sonra dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan 1 vəkilin fəaliyyətinin bərpa olunması barədə müraciətinə, habelə 4 vəkilin dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması məsələlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb.

Eyni zamanda, ARVK Rəyasət Heyəti Aparatının “Əmək haqqı smetası və ştat cədvəli”nə dəyişikliklər edilməsi məsələsinə baxılıb. Kollegiya Aparatının rəhbəri – Baş katib vəzifəsinə ARVK Aparatının İnsan resursları Şöbəsinin müdiri, vəkil Orxan Babayev, Aparatının İnsan resursları Şöbəsinin müdiri vəzifəsinə Kollegiya Aparatının əməkdaşı Əli Mirzəyev və Aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə isə Gözəl Hüseynzadə təyin edilib. Rəyasət Heyəti onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Həmçinin dövlət hesabına göstərilən hüquqi yardımla əlaqədar 2024-cü ilin müvafiq dövrü ərzində vəkillərə edilən ödənişlərin icra vəziyyəti və bu sahədə maliyyə intizamının daha gücləndirilməsi barədə məsələyə baxılıb, müvafiq qərarlar çıxarılıb.

Bundan başqa, iclasda “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş sahələrə baxış keçirilmə ilə bağlı Komissiya”nın tərkibinə, o cümlədən “Alibi” Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələyə baxılaraq müsbət qərarlar verilib.

Daha sonra bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətdə üzvlük haqqından azad olunması, maddi yardım və borcların silinməsi, o cümlədən vəkillik fəaliyyətinə xitam verilməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi, 1 vəkilin fəaliyyətinin müəyyən müddətə dayandırılması, 4 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 6 vəkilə isə xəbərdarlıq olunub.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
21 gün əvvəl
386 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti...
  • 3 dəq. əvvəl
  • 2
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyən ediblər
15 ölkədən 68 seysmoloq 2023-cü ilin sentyabrında bütün dünyada qeydə alınan və doqquz...
  • 1 saat əvvəl
  • 20
Bayden administrasiyası Konqresdən Ukrayna üçün 5,8 milyard dolların istifadə müddətini uzatmağı xahiş edir
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Konqresə Prezidentin silahların ötürülməsi...
  • 2 saat əvvəl
  • 28
Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad...
  • 3 saat əvvəl
  • 35
Norveç vəliəhd şahzadəsinin oğlu Marius Borq yenidən polis tərəfindən saxlanılıb
Norveç vəliəhd şahzadəsi Mette Maritin oğlu Marius Borq Höibi yenidən polis tərəfindən...
  • 4 saat əvvəl
  • 43
XİN başçısı: Ukraynalıların geri qaytarılması üçün Avropa İttifaqı ilə proqram işlənir
Avropa İttifaqının ukraynalıların evlərinə qayıdışı üçün proqramlar hazırlamağa...
  • 6 saat əvvəl
  • 47