Vikipediya haqqında 15 maraqlı fakt

Vikipediya milyonlarla müxtəlif məlumatı və milyonlarla aktiv istifadəçisi ilə dünyanın ən məşhur internet ensiklopediyası kimi tanınır. Ümumilikdə 282 fərqli dildə xidmət göstərən saytda istifadəçilərin tələb və istəklərinə uyğun çoxsaylı məqalələr yer alır. Saytın ən mühüm xüsusiyyəti idarəçilərdən başqa bütün istifadəçilərin istədikləri mövzu və məzmunu redaktə edə bilməsidir.

Vikipediya internet ensiklopediyası haqqında maraqlı faktları təqdim edirik.

1. Vikipediya 2001-ci il yanvarın 15-də Jimmy Wales və Larry Sanger tərəfindən yaradılıb.

Vikipediya haqqında

2. Vikipediya, “The Eagles” qrupunun məşhur “Hotel California” mahnısından ilhamlanaraq rəsmi sayt musiqisi olan “Wikipediholics”i hazırlayıb.

3. Vikipediya, paylaşılan internet saytı mənasını verən “wiki” və qısaldılmış ensiklopediya mənasını verən “pedia” sözlərinin birləşməsindən əmələ gəlib.

Vikipediyanın yaradılması

4. Vikipediyada hər gün 600-dən çox yeni məqalə yazılır. Saytda 48 milyondan çox məqalə var.

5. Vikipediya hər il saytın 2001-ci ildəki açılışını rəsmi bayram elan edərək hər il yanvarın 15-də “Vikipediya Günü”nü qeyd edir.

Vikipediya günü

6. Vikipediyanın ən çox redaktə edilən səhifəsi ümumilikdə 45 min yeniləmə ilə Corc Buşa məxsusdur.

7. Vikipediyada ən çox ingilis, alman və fransız dillərində yazılmış məqalələr yer alır. Saytda 282 fərqli dildə yazılmış məlumatlar yerləşir.

Vikipediya haqqında maraqlı faktlar

8. Vikipediya 9 sentyabr 2007-ci ilə qədər ingilis dilində cəmi 2 milyondan çox məqalə ilə dünyanın ən böyük ingilis ensiklopediyasına çevrilib.

Vikipediya nədir

9. Vikipediya internet ensiklopediyasının serverləri Floridada yerləşir. Buna görə də, saytdakı məzmunlar ABŞ dövlət qanunlarına tabedir.

10. 10. Açıq mənbəli internet saytı olan Vikipediya hər kəsə məqalələri istədiyi kimi redaktə etmək imkanı verir.

11. Vikipediyanın 37 milyon istifadəçisi, 1147 admini, 49 milyon viki səhifəsi və 5 milyondan çox ingilis dilində məqaləsi var.

Vikipediya istifadəçisi

12. Bu günə qədər Vikipediya Çin, Fransa, Almaniya, İran, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, Tailand, Tunis, İngiltərə, Özbəkistan, Venesuela və Türkiyə də daxil olmaqla 14 ölkədə qadağan edilib.

13. Vikipediya internet ensiklopediyası Türkiyədə 29 aprel 2017-ci ildən, Çində isə 23 aprel 2019-cu ildən qadağan edilib.

Vikipediya internet ensiklopediyası

14. Vikipediya BTK tərəfindən “Türkiyəni müxtəlif terror qrupları ilə eyni səviyyədə əməkdaşlıqda göstərməyə çalışan məqalələri” səbəbiylə bağlanıb.

15. Richaard Farmbrough indiyədək 1 milyondan artıq məqalə paylaşımı ilə Vikipediyanın ən aktiv redaktoru seçilib.

Vikipediyanın yaradılışı

Məqaləyə emosiya bildir:
emotion
4
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
2964 dəfə oxundu
ilk.az-çılar nə deyir?