Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

İyulun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Xalq yazıçısı Elmira Axundovanın “Aranızda ən böyük dissident mən idim! Heydər Əliyev və yaradıcı ziyalılar” (“Самым большим диссидентом среди вас был я! Гейдар Алиев и творческая интеллигенция”) və “Ədəbi gəzintilər: Zaman... Süjetlər... Düşüncələr” (“Литературные странствия: Время… Сюжеты… Мысли”) adlı kitablarının təqdimatı keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tanınmış ədəbiyyatşünas Elmira Axundovanın Azərbaycanda və onun hüdudlarından kənarda professional publisist kimi qəbul olunduğunu vurğulayıb.

Elmira Axundovanın Ulu Öndər Heydər Əliyev haqqında ilk sənədli bioqrafik romanın müəllifi olduğunu qeyd edən AMEA rəhbəri vurğulayıb ki, təqdimatı keçirilən kitablar bir-birini tamamlayaraq ölkənin görkəmli şəxsiyyətlərinin, ziyalılarının Ulu Öndərə münasibətlərinə dair müsahibə və oçerklərdən ibarətdir. Bu kitablar Heydər Əliyev epoxasını, strategiyasını, siyasətini əks etdirərək, eləcə də o dövrün mühitini və müasirlərini göstərərək unikal şəkillərlə zəngindir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, yazıçı Elmira Axundova Ümummilli Lider haqqında çoxcildli əsərləri ilə alternativi olmayan qiymətli mənbələrin müəllifidir və Dövlət Mükafatına layiq görülmüş 6 cilddə, 7 kitabdan ibarət “Heydər Əliyev. Şəxsiyyət və zaman” epopeyası onun şah əsəridir.

Tədbirdə iştirak edən qonaqlar Elmira Axundovanın əsərlərinin Heydər Əliyev irsinin öyrənilməsi üçün dəyərli mənbə olduğunu qeyd ediblər. Vurğulanıb ki, Heydər Əliyev yaradıcı insanlara həmişə xüsusi hərarətlə yanaşır, onların problemləri ilə maraqlanırdı. Çıxışlarda, həmçinin müəllifin görkəmli siyasətçinin milli mədəniyyətin inkişafındakı xidmətlərini hərtərəfli işıqlandırdığı ətraflı qeyd olunub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
22 gün əvvəl
387 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub.ILK.AZ...
  • 1 dəq. əvvəl
  • 1
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 1 saat əvvəl
  • 18
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 2 saat əvvəl
  • 24
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 3 saat əvvəl
  • 32
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 4 saat əvvəl
  • 40
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 5 saat əvvəl
  • 42