Xarici media: BCM İsrail rəsmilərinin həbsi ilə bağlı orderlərin verilməsini təxirə salıb

Xarici media: BCM İsrail rəsmilərinin həbsi ilə bağlı orderlərin verilməsini təxirə salıb

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ibtidai araşdırmalar çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını təxirə salıb. Bu barədə iyunun 27-də “The Jerusalem Post” qəzeti məlumat yayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, nəşrin məlumatına görə, bu addım Böyük Britaniyanın sözügedən məsələ ilə bağlı BCM-nin yurisdiksiyasına qarşı “amicus curiae” (“məhkəmə dostu”) ərizəsi təqdim etdikdən sonra atılıb. Nəticədə, məhkəmə Londonun prosesə müdaxilə etmək tələbini təmin etməklə yanaşı, iyulun 12-dək digər ölkələrə də bu iş üzrə öz mövqeyini bildirmək hüququ verib. “The Jerusalem Post”un yazdığına görə, BCM-nin qərarından sonra bütün həbs orderlərinin verilməsi prosesi aylarla uzana bilər.

Bəzi ölkələrin məhkəmə sistemində “amicus curiae” təcrübəsi prosesdə bilavasitə iştirak etməyən müstəqil ekspertlərin sosial əhəmiyyətli məsələlərə dair rəylərini məhkəməyə təqdim etmək imkanını nəzərdə tutur.

BCM Prokurorluğu 2015-ci il yanvarın 16-dan bəri Fələstin ərazilərində vəziyyətlə bağlı ilkin araşdırma aparır. 20 dekabr 2019-cu il tarixində Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Fatu Bensuda Fələstinin tələbi ilə prokurorların ilkin təhqiqatı tamamladığını bildirib və vəziyyətin 2014-cü ildə Fələstin ərazilərində İsrailin hərəkətləri ilə bağlı tam istintaqın başlanması üçün Roma Nizamnaməsinin bütün meyarlarına cavab verdiyi qənaətinə gəlib. Bu yaxınlarda, 2024-cü il mayın 20-də BCM-nin prokuroru Kərim Xan məhkəmənin ilkin icra palatasından Netanyahu və Qalantın həbsinə orderlərin verilməsini xahiş etmişdi.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
16 gün əvvəl
386 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyədə xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb
Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata...
  • 1 saat əvvəl
  • 12
Media: Trampa sui-qəsddə şübhəli bilinən şəxsin avtomobilində partlayıcı qurğu aşkarlanıb
ABŞ hüquq-mühafizə orqanları Ağ evin keçmiş rəhbəri Donald Trampa sui-qəsddə şübhəli...
  • 1 saat əvvəl
  • 14
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü qeyd edilib
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü münasibətilə Sumqayıt...
  • 2 saat əvvəl
  • 25
Belarusda qeyri-sabit hava şəraiti nəticəsində ölənlər var
Belarusda pis hava şəraiti nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 33
Yaşar Güler: Türkiyə Silahlı Qüvvələri Kiprdə sülh və sabitliyin təminatçısıdır
Türkiyə Silahlı Qüvvələri Kiprdə həm türk, həm də yunan xalqları üçün sülhün və...
  • 5 saat əvvəl
  • 47
İtaliyada anomal istilər üç nəfərin ölümünə səbəb olub
İtaliyanın mərkəzi və cənub regionlarında müşahidə edilən anomal istilər üç nəfərin...
  • 6 saat əvvəl
  • 50