“Xəzər dənizinin səviyyə tərəddüdlərinin tədqiqi” monoqrafiyası çapdan çıxıb

“Xəzər dənizinin səviyyə tərəddüdlərinin tədqiqi” monoqrafiyası çapdan çıxıb

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Elnur Səfərovun “Xəzər dənizinin səviyyə tərəddüdlərinin tədqiqi” monoqrafiyası çap olunub.

İnstitutdan bildirilib ki, monoqrafiyada kontakt və peyk məlumatlarına əsasən müasir tədqiqat metodlarının tətbiqi sayəsində Xəzər dənizinin əsas hidrometeoroloji parametrləri, o cümlədən mövsümi və çoxillik səviyyə dəyişmələrinin əsas xüsusiyyətləri araşdırılıb. Spektral analiz metodlarından olan “Veyvlet” çevrilmələrindən istifadə etməklə ilk dəfə olaraq Xəzər dənizinin qeyri-stasionar səviyyə dəyişmələrinin period-amplitud-zaman asılılığı və onun qlobal iqlim indeksinin El Nino fazası ilə mümkün əlaqəsi öyrənilib.

Kitab Xəzər dənizinin səviyyə problemləri, həmçinin peyk altimetriyası və spektral analiz sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
24 gün əvvəl
396 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünya birjalarında neft ucuzlaşıb
Dünya birjalarında neft ucuzlaşıb.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Londonun ICE...
  • 1 saat əvvəl
  • 23
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 2 saat əvvəl
  • 32
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 2 saat əvvəl
  • 33
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 3 saat əvvəl
  • 38
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 5 saat əvvəl
  • 51
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 6 saat əvvəl
  • 54