Yaponiya Fukuşima AES-i təmizləmək istəyir

Yaponiya Fukuşima AES-i təmizləmək istəyir

Fukuşima AES-in sunami nəticəsində məhv olmuş reaktorunun daxilinə yaxın günlərdə zond göndəriləcək.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, məqsəd nüvə yanacağı qalıqlarından nümunə götürməkdir. Robot tipli zondun reaktora göndərilməsi və geri qayıtması bir həftədən çox vaxt aparacaq. Məqsəd reaktorun daxilində şüalanma səviyyəsini müəyyən etməkdir.

AES-in istismarı ilə məşğul olan TEPCO şirkəti bildirib ki, sunami zamanı sıradan çıxmış reaktorların daxilində 800 tondan çox radioaktiv tullantı mövcuddur. Nümunələrin təhlilindən sonra reaktorların təhlükəsiz şəkildə utilizasiyasına qərar veriləcək.

Reaktorların daxilində radioaktiv fon çox yüksək olduğu üçün bura daxil olmağa xüsusi robotlar hazırlanıb. Ekspertlərin qənaətinə görə, stansiyadakı qəzanın nəticələrinin aradan qaldırılmasına bir neçə onillik vaxt lazımdır.

Qeyd edək ki, 2011-ci il martın 11-də sunami nəticəsində Fukuşima AES-in soyutma sistemi sıradan çıxıb və 6 reaktordan 3-ü əriyib. Bu, Çernobıl qəzasından sonra ən böyük nüvə fəlakəti hesab edilir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
28 gün əvvəl
381 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Harris ikinci sui-qəsd cəhdindən sonra Trampa zəng edib
ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ikinci sui-qəsd...
  • 22 dəq. əvvəl
  • 5
Sorğu: Makron fransız siyasətçilərinin populyarlıq reytinqində 50 nəfər arasında 44-cü yerdədir
Fransa Prezidenti Emmanuel Makron “Paris Match” jurnalının və “Sud Radio”nun sifarişi...
  • 1 saat əvvəl
  • 20
Səfir Lətif Qəndilov: Dünya ümidlərini COP29-un Bakıda keçiriləcək qərarlarına bağlayır
Bu günlərdə Bişkekdə Mərkəzi Asiya və Əfqanıstanda iqlim dəyişmələri məsələləri...
  • 2 saat əvvəl
  • 31
Belarusdakı diaspor üzvləri təltif ediliblər
Sentyabrın 17-də Belarusun paytaxtı Minskdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi...
  • 3 saat əvvəl
  • 33
Dünyaşöhrətli səyyah: Bəxtimiz gətirdi ki, hava möhtəşəm idi
“Özümü çox yaxşı hiss edirəm”.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu...
  • 4 saat əvvəl
  • 38
Azərbaycan cinayət məsuliyyətinə cəlb olunan üç Türkiyə vətəndaşını qarşı tərəfə təhvil verib
Türkiyənin hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində...
  • 5 saat əvvəl
  • 44