Yaponiya imperatoru və xanımı Britaniyada səfərdədir

Yaponiya imperatoru və xanımı Britaniyada səfərdədir

Yaponiya İmperatoru Naruhito və xanımı Masakonun Britaniyaya səkkiz günlük səfəri başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, onlar Londonun Stansted hava limanında rəsmilər tərəfindən qarşılanıb. Britaniya kralı III Çarlz Naruhito və Masakonu iyunun 25-də Bukinqem sarayında qəbul edəcək. İyunun 28-də isə onlar vaxtilə təhsil aldıqları Oksford Universitetinə baş çəkəcəklər.

Səfərdən əvvəl Yaponiya İmperatoru Naruhito, xəstəliyinə baxmayaraq Kral Çarlzın onları qəbul edəcəyinə görə minnətdar olduğunu deyib. O, həmçinin Çarlzın gəlini, xərçəngdən profilaktik kimyaterapiya müalicəsi alan Şahzadə Uilyamın həyat yoldaşı Keytə xoş arzular diləyib.

Səfərin rəsmi səbəbi iki kral ailəsi arasındakı uzunmüddətli əlaqələri qeyd etmək və iki ölkə arasındakı dərin əlaqələri nümayiş etdirməkdir.

Qeyd edək ki, Yapon imperator cütlüyünün Britaniyaya səfəri əvvəlcə 2020-ci ilə planlaşdırılsa da, pandemiya səbəbindən təxirə salınmışdı.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
28 gün əvvəl
387 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 3 saat əvvəl
  • 31
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 5 saat əvvəl
  • 40
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 6 saat əvvəl
  • 49
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 7 saat əvvəl
  • 55
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 9 saat əvvəl
  • 66
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 9 saat əvvəl
  • 59