![Yaponiya Ukrayna ilə 10 illik dəstək sazişi imzalayacaq](/uploads/news-thumbs-900x600/yaponiya-ukrayna-ile-10-illik-destek-sazisi-imzalayacaq.jpeg)
Yaponiya Ukrayna ilə 10 illik dəstək sazişi imzalayacaq
Yaponiya hökuməti Ukrayna ilə bir sıra sahələrdə, o cümlədən infrastrukturun bərpası üzrə 10 il müddətinə nəzərdə tutulmuş dəstək sazişi bağlayacaq.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, Tokio, həmçinin Kiyevə təhlükəsizlik və müdafiə sahəsində, o cümlədən qeyri-öldürücü texnologiya və avadanlıqların verilməsində yardım göstərmək niyyətindədir.
Bundan əlavə, Yaponiya yaralı ukraynalı əsgərlərin müalicəsinə kömək edəcək, eləcə də kəşfiyyat sahəsində əməkdaşlıq edəcək.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
1 ay əvvəl
474 dəfə oxundu
474 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)