“Yaşıl dünya naminə həmrəylik” Çində təbliğ edilib

“Yaşıl dünya naminə həmrəylik” Çində təbliğ edilib

Pekin Xarici Dillər Universitetində “İpək yoluyla ecazkar mədəniyyətləri kəşf et” devizi altında keçirilən ənənəvi mədəniyyət festivalında Azərbaycan da təmsil olunub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, universitetin Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələrinin hazırladığı Azərbaycan stendində xalqımızın zəngin və özünəməxsus mədəniyyəti nümayiş etdirilib. Azərbaycanda elan olunan “Yaşın dünya naminə həmrəylik ili” mövzusuna uyğun hazırlanan stenddə COP29-la bağlı məlumat lövhəsi ziyarətçilərə təqdim olunub. Azərbaycanda qorunan nadir heyvanlar, xüsusilə Şirvan Milli Qoruğunun faunası haqqında əl işləri nümayiş etdirilib.

Ziyarətçilərin marağına səbəb olan digər amil Azərbaycan şairlərinin təbiət haqqında şeirlərindən seçilən xüsusi misralar olub. Çin dilinə tərcümə olunmuş bu misralar vasitəsilə Azərbaycan xalqının təbiətə olan münasibəti təqdim olunub. Bundan başqa, Azərbaycan mətbəxinin nümunələri sərgilənib, mədəniyyət və tariximizi əks etdirək kitablar və digər vəsaitlər nümayiş olunub.

Şahin Cəfərov

Pekin

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
495 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 1 saat əvvəl
  • 19
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 2 saat əvvəl
  • 24
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 30
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 38
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 5 saat əvvəl
  • 41
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 6 saat əvvəl
  • 48