“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

Bakı, 19 may, AZƏRTAC

“Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş və Azərbaycanda ilk dəfə həyata keçirilən “Yaşıl muzey” adlı maarifləndirici interaktiv proqrama başlanılıb. Proqram Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Bu barədə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən (RUGİM) məlumat verilib. Bildirilib ki, ekologiya sahəsində ekspertlər tərəfindən xüsusi “yaşıl standart” təşkilatları üçün qiymətləndirmə proqramı yaradılıb. “Yaşıl muzey” adlı maarifləndirici interaktiv proqram məktəblilər üçün muzeylərin kolleksiya fondundakı əsərlərdə müxtəlif dövrlərdə insanların ətraf mühitlə bağlı münasibətlərinin öyrənilməsi, iqlim dəyişikliyinin təsirinin azaldılması ilə onlarda yaşıl düşüncənin formalaşdırılması məqsədini daşıyır. “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində ilk dəfə olaraq muzeylərin ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi konsepsiyası müəyyən edilir.

Yeddi gün davam edəcək proqramda məktəblilər tərəfindən muzeylərin monitorinqinin aparılması, həmçinin fərqlənən muzeylərə “Yaşıl status” sertifikatlarının təqdim olunması nəzərdə tutulur.

Proqram çərçivəsində mayın 18-dən 24-dək Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Abdulla Şaiqin mənzil-muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Səməd Vurğunun ev-muzeyi, Qara Qarayevin ev-muzeyi, Bülbülün memorial muzeyi, Yusif Məmmədəliyevin memorial muzeyi, Nəriman Nərimanovun xatirə muzeyi, Vaqif Mustafazadənin ev-muzeyində məktəblilərin “yaşıl monitorinq” qruplarının işinin təşkili və ekskursiyalarda iştirakı planlaşdırılır.

Hər il mayın 18-dən 24-dək Beynəlxalq Muzeylər Şurasının (ICOM) və ya cari ilin mövzusu ilə əlaqədar RUGİM-in və muzeylərin peşəkar mütəxəssisləri tərəfindən xüsusi proqramlar və bukletlər hazırlanır.

Layihə 2015-ci ildən başlayaraq Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və ICOM-un tərəfdaşlığı ilə keçirilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Layihənin icrası müddətində interaktiv proqramda iştirak edən məktəblilərin sayı 68 minə çatıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
489 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 32 dəq. əvvəl
  • 8
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 48 dəq. əvvəl
  • 11
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 2 saat əvvəl
  • 15
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 26
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 29
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 40