Yayda üstünlük veriləcək 15 ən yaxşı qadın ətri

Yayda daha yüngül və təravətli qoxulara ehtiyacımız olur. Çünki yayın istisində ədviyyatlı qoxular çox ağır gəlir. Bu səbəbdən yayda daha çox çiçək və meyvə qoxuları ehtiva edən ətirlərə üstünlük verilməlidir. Qadınlara yay ətirləri tövsiyə etdiyimiz bu məqaləmizdə Buberry, Calvin Klein, Estee Lauder və Viktor Rolf kimi markaların məhsulları yer alır. Şübhəsiz ki, bir ətir alırıqsa, əvvəlcə onun qoxu növləri kimi xüsusiyyətlərinə baxırıq. Bu səbəbdən məqaləmizdəki ən yaxşı qadın yay ətirlərinin xüsusiyyətlərinə də nəzər salmışıq.

1. Burberry Her Blossom

Burberry Her Blossom

Xüsusiyyətləri:

Növ: EDT
Qoxu növü: çiçəkli, odunlu, cəsur
Həcm: 100 ml
Londona yazın gəlişini təmsil edən bu ətir, mandarin, rahatlaşdırıcı müşk və kremli səndəl ağacı notları ilə qoxuya dərinlik qatır. Meyvə və çiçək essensiyaları ilə qarşı tərəfi heyran edən ətir, palıd ağacının odunlu havası ilə də bütün diqqətləri üzərinə çəkir. Sonda onu da qeyd edək ki, bu qalıcı ətir cəsur qadınlar üçün istehsal olunub.

2. Estée Lauder Bronze Goddess

Estée Lauder Bronze Goddess

Xüsusiyyətləri:
Növ: EDT
Qoxu növü: meyvəli, odunlu, isti
Həcm: 100 ml
Estée Lauder Bronze Goddess günəşli bir çimərliyi xatırladan havası ilə yay üçün ən ideal qoxulardan biri olmağı bacarır. Füsunkar qoxusu ilə ətrafdakıları özünə cəlb edən ətir, ekzotik havasıyla ilə fərqlilik yaradır.

3. Viktor Rolf Flowerbomb

Viktor Rolf Flowerbomb

Xüsusiyyətləri:
Növ: EDP
Qoxu növü: çiçəkli, oriental, isti
Həcm: 100 ml
Misilsiz qoxusu ilə bütün suallarınızın cavab olan ətir, ondan istifadə edəcək insanın isə sirlərini gizlədir. Oriental havası ilə əsrarəngiz atmosfer yaradan ətir, həyatın hər anında dik duran qadınlar üçün istehsal edilib. Onu da deyək ki, bu ətir çiçək notları ilə bütün diqqətləri üzərinə çəkir.

4. Versace Bright Crystal

Versace Bright Crystal

Xüsusiyyətləri:
Növ: EDT
Qoxu növü: çiçəkli, sehrli
Həcm: 200 ml
Versace ruhunun nümayəndəsi olan bu ətir şəhvətli dizaynı ilə ruhunuzu tam əks etdirəcək. Həmişə şıq olan xanımlar üçün xüsusi hazırlanmış ətir, konsentratlı formulası ilə uzunmüddətli qalıcılıq təmin edir. Onu da əlavə edək ki, tərkibində nar, moruq kimi meyvələr olduğu üçün çox təsiredici olan bu ətir bir istifadədə belə asılılıq yaradır.

5. Dior Hypnotic Poison

Dior Hypnotic Poison

Xüsusiyyətləri:
Növ: EDP
Qoxu növü: sirli, çiçəkli, odunlu
Həcm: 50 ml
Dior Hypnotic Poison qadınlığı cəsarətlə birləşdirən formuluna görə yüksək qiymətləndirilir. Dior-un əfsanəvi qadağan oolunmuş meyvəsinin sirrini ehtiva edən ətir, bunun sayəsində qarşınızdakı insanın hisslərini ehtizaza gətirir.

6. Narciso Rodriguez For Her

Narciso Rodriguez For Her

Xüsusiyyətləri:
Növ: EDT
Qoxu növü: eleqant, çiçəkli, odunlu
Həcm: 50 ml
Narciso Rodriguez For Her sirli havası ilə bütün diqqətin üzərinizdə olmasını təmin edir. Çiçək notları ilə qarşınızdakı insanın ehtiraslarını ortaya qoyan ətir, odunlu havası ilə gözəl bir təəssürat yaradır.

7. Givenchy Live Irresistible Blossom Crush

Givenchy Live Irresistible Blossom Crush

Xüsusiyyətləri:
Növ: EDT
Qoxu növü: saf, çiçəkli
Həcm: 75 ml
Formulasındakı Chypre paçuli ilə qarşısıalınmaz bir qoxu buraxan ətir cəsur və iddialı qadınlar üçün istehsal edilib. Tərkibindəki kakao dənəsi sayəsində qoxuya acı və şirin bir ton buraxan ətir, bütün diqqətin üzərinizdə olmasını təmin edəcək. Onu da əlavə edək ki, ətirin saf qoxusu sizi valeh edəcək.

8. Yves Saint Laurent Elle

Yves Saint Laurent Elle

Xüsusiyyətləri:
Növ: EDT
Qoxu növü: odunlu, çiçəkli, cəsur
Həcm: 90 ml
Yves Saint Laurent Elle ilk istifadədən nə qədər cəsarətli olduğunuzu hiss etdirəcək. Son dərəcə müasir qadınları təmsil edən bu ətir, gözqamaşdıran odun notları ilə nə qədər qadına xas olduğunu xatırlatdırır. Əlavə olaraq bildirək ki, canlı çiçək notları sayəsində şəxsiyyətinizlə bütünləşən ətir sizə bənzərsiz təcrübə təqdim edəcək.

9. Cerruti 1881

Cerruti 1881

Xüsusiyyətləri:
Növ:
Qoxu növü: ədviyyatlı, təravətləndirici, təhrikedici
Həcm: 100 ml
Azadlığa düşkün, cazibədar və zərif qadınların ilk seçimlərindən olan bu ətir, təhrikedici abu-havası ilə qarşınızdakı insanın bütün duyğularını ortaya çıxarır. Berqamot və keşnişin heyranedici qarışığı ilə ədviyyatlı havanı hiss etdirən ətir, təravətləndirici təsiri ilə dərinizdə xəfif bir meh yaradır. Qeyd edək ki, bu ətirdə səndəl ağacı kimi çox nadir ekstraktlar var.

10. Lancome La Vie Est Belle

Lancome La Vie Est Belle

Xüsusiyyətləri:
Növ: EDT
Qoxu növü: təravətli, çiçəkli, ədviyyatlı
Həcm: 100 ml
Fransanın üç tanınmış ətriyyatçısı tərəfindən dizayn edilmiş Lancome La Vie Est Belle, həyatın gözəlliyinə dair universal qaydanı təmsil edir. Enerjili ətri ilə öz xoşbəxtliyinizi yaratmağı hədəfləyən ətir, isti və oriental quruluşu ilə özünəməxsus atmosfer yaradır

11. Gucci Bloom

Gucci Bloom

Xüsusiyyətləri:
Növ: EDP
Qoxu növü: çiçəkli, qadına xas
Həcm: 100 ml
Gəncliyin enerjisini və sevincini bir şüşəyə sığışdıran Gucci Bloom, saf emosiya yaratmaq üçün diqqətlə hazırlanıb. Məşhur modelyer Alessandro Michele-nin ətir evinin ilk çiçək ətri olan bu məhsul çiçək bağçasını təsvir edir. Çiçək şəlaləsindəymiş kimi hava yaradan ətir, təravətləndirici təsiri ilə daim ayaqda olan qadınların bir nömrəli seçimidir.

12. Prada Candy Night

Prada Candy Night

Xüsusiyyətləri:
Növ: EDP
Qoxu növü: meyvəli, çiçəkli, isti
Həcm: 50 ml
Gecənin qoxusu olan Prada Candy Night öz izlərini neon işıqlarıyla aydınlanmış şəhər mənzərələrindən alır. Bu mənzərənin daim dəyişən ləzzətlərindən istifadə edən ətir qaranlıqdan sonrakı azadlığı təmsil edir. Onu da qeyd etmək lazımdır ki, bu ətir çiçək notları ilə zəngindir.

13. Lacoste Touch Of Pink

Lacoste Touch Of Pink

Xüsusiyyətləri:
Növ: EDT
Qoxu növü: enerjili, odunlu, çiçəkli
Həcm: 90 ml
Sizi enerji və şəhvətlə əhatə edərək ətrafınızdakılara təsir edən ətir, bütün diqqətin üzərinizdə olmasını təmin edəcək. Çiçək notları ilə ağac notlarını qarışdıraraq unikal təcrübə təqdim edən ətir, təmiz havası ilə dərinizə sərinlik qatır. Sonda onu da əlavə edək ki, bu ətir gündüz və gündəlik istifadə üçün idealdır.

14. Calvin Klein Euphoria

Calvin Klein Euphoria

Xüsusiyyətləri:
Növ: EDP
Qoxu növü: oriental, ekzotik, çiçəkli
Həcm: 100 ml
Ağlınızın sizin üçün yaratdığı maneələri aradan qaldıran bu ətir oriental atmosferi ilə ətrafınızdakıların bütün diqqətini üzərinizə çəkəcək. Ekzotik notları ilə qarşı tərəfdə kəşfetmə hissi oyadan ətir, gününüzü daha rəngli edir. Onu da deyək ki, çiçək notları ilə şəhvətli və müasir bir şərh qatan ətir gecə istifadəsi üçün də uygundur.

15. Privacy Woman

Privacy Woman

Xüsusiyyətləri:
Növ: EDT
Qoxu növü: ədviyyatlı, təravətləndirici, təhrikedici
Həcm: 100 ml
Gözəlliyin təbiətdən gəldiyinə inanan qadınlar üçün xüsusi olaraq hazırlanan Privacy Woman, ədviyyatlı quruluşu ilə təbiətin faydalarını bizə təqdim edir. Təravətləndirici təsiri ilə dəridə sərinlik hissi yaradan ətir, təhrikedici havası ilə qarşı tərəfin bütün emosiyalarını ortaya qoymasına şərait yaradır. Əsas notlarındakı müşk və səndəl ağacı sayəsində yumşaq bir sonluq təmin edən ətir, bu xüsusiyyəti ilə gün boyu təmizlik hissi yaradır.

Məqaləyə emosiya bildir:
8 ay əvvəl
1235 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Qabarıq üz xətlərinə sahib olmaq üçün nə edə bilərik?
Bəzi insanlar ideal üz və yanaq quruluşlarına sahib olsalar belə, yanaq nahiyəsindəki...
  • 26 gün əvvəl
  • 504
Üz gözəlliyi üçün almacıq sümükləri niyə vacibdir?
Almacıq sümükləri qulaq, göz, burun, göz və çənə arasında yerləşən bir cüt...
  • 3 ay əvvəl
  • 928
10 ən yaxşı bədən spreyi
Bədən spreyləri markalarına görə fərqli miqdar və özəlliklərdə hazırlanan və bizə...
  • 4 ay əvvəl
  • 789
Canlı və yumşaq saçlar üçün ən yaxşı qulluq məhsulları
Fen tətbiqi, hava şəraiti, günəş, stress və yanlış saç məhsullarının istifadəsi...
  • 5 ay əvvəl
  • 697
Ən yaxşı makiyaj təmizləyici məhsullar
Makiyajınızı silərkən istifadə edə biləcəyiniz bir çox məhsul var. Həmin məhsullardan...
  • 6 ay əvvəl
  • 846
Məsamələri aradan qaldıran ən yaxşı makiyaj nümunələri
Xüsusilə yay aylarında makiyajınızın daha uzun müddət qalması üçün makiyaj astarından...
  • 7 ay əvvəl
  • 1145