Yaz mövsümünə aid saç modelləri
Yazda uzun saçların dəbdə olacağı gözlənilir. Uzun saçlar müxtəlif quruluşları ilə göz oxşayır. Yazda trend olacaq saç modellərini təqdim edirik.
Bohem saç modeli
Bu yaz da saçlarda təbiiliyə önəm veriləcək. Ona görə bohem saçların dəbdə olacağı gözlənilir. Belə saç modeli təbiiliyi ilə fərqlənir.
At quyruğu modeli
At quyruğu da yeni mövsümdə önə çıxan modellər arasında olacaq. At quyruğu boyun hissəsində və ya başın üstündə yığıla bilər.
Hörgülü saç modeli
Yazda hörgülü saçlar xüsusən dəbdə olur. Romantik qadınların sevərək istifadə etdikləri bu model, fərqli görünüş bəxş edir. Dağınıq, tac şəklində düzəldilən belə hörüklər yaz ab-havasına uyğundur.
Toppuz modeli
Yazda toppuz saç modellərinə də üstünlük verilir. Ancaq bu, klassik toppuzlardan fərqlənir. Saçları hörməklə düzəldilən toppuzlar təbiilik təsiri bağışlayır.
İslaq saç modelləri
Yaz üçün uyğun olan islaq saç modeli bu mövsüm də trend olacaq. Burada əsas məqam islaq görünüşlü saçlara hava qatmaqdır.
İri dalğalı saç modeli
Yazda dalğalı saç modelindən istifadə edənlərin sayı çox olur. İri dalğalarla sadə və şıq görünüş əldə edə bilərsiniz.
Dostlarınla paylaş:
3735 dəfə oxundu
ilk.az-çılar nə deyir?