Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”

Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”

Bu il məşhur rus yazıçısı, ssenaristi, Rusiya Yazıçılar Birliyinin və Kinematoqrafçılar İttifaqının üzvü Boris Vasilyevin anadan olmasının 100 ili tamam olur.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, 1924-cü il mayın 21-də Smolenskdə anadan olan Boris Vasilyev 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb, ağır döyüş yolu keçib, kontuziya alıb.

Müharibədən sonrakı illərdə yaradıcılığında tez-tez hərbi mövzulara və müharibədən sonrakı nəslin taleyinə müraciət edən istedadlı müəllifin əsərləri bir-birinin ardınca nəşr olunmağa başlayıb. 1969-cu ildə “Yunost” (Gənclik) jurnalının səhifələrində nəşr olunan “Burada üfüqlər sakitdir” povesti ona çox böyük şöhrət gətirib. Bir il sonra povest əsasında hazırlanan tamaşa Taqanka Teatrının səhnəsində teatrın bədii rəhbəri Yuri Lyubimov tərəfindən səhnələşdirilib və o illərin ən maraqlı teatr əsərlərindən birinə çevrilib. 1972-ci ildə bu əsər sovet kinosunun klassiki, rejissor Stanislav Rostotski tərəfindən lentə alınıb və film müharibə haqqında ən populyar sovet filmləri arasında özünəməxsus yer tutub.

Ümumilikdə, Boris Vasilyevin əsərləri və ssenariləri əsasında 20-yə yaxın bədii film çəkilib. Bu ekran əsərlərinə “Sabah müharibə başladı”, “Siyahıda adı yox idi”, “Bir, iki, əsgərlər getdi”, “Siz kimsiniz, qocalar?”, “Ağ qu quşlarına güllə atmayın” filmləri və 1971-ci ildə nümayiş olunan məşhur “Zabitlər” dramı aiddir. Film sovet kino klassikasının şah əsərlərindən biri hesab olunur və ekran əsərinin qəhrəmanlarından birinin işlətdiyi “Belə bir peşə var - Vətəni sevmək” cümləsi çoxdan hamı tərəfindən istifadə olunan məşhur kino ifadələrindən birinə çevrilib.

Son illərdə yazıçı tarixi roman janrına müraciət edib və qədim Rusiya tarixi mövzusunda bir sıra əsərlər qələmə alıb.

Boris Vasilyev 2013-cü ildə 89 yaşında vəfat edib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
25 gün əvvəl
411 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib
Samuxda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv edilib.ILK.AZ Azərtac-a...
  • 41 dəq. əvvəl
  • 17
Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir
“Ukraynada “davamlı sülh”ün bərqərar olması Kiyev üçün məqbul şərtlərlə baş...
  • 1 saat əvvəl
  • 26
Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır
“Amerika Birləşmiş Ştatları yeni qlobal silahlı münaqişəyə cəlb olunmaq riski...
  • 3 saat əvvəl
  • 35
TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru
Xəbər verdiyimiz kimi, iyunun 15-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı...
  • 5 saat əvvəl
  • 48
15 iyun tariximizin ən parlaq səhifələrindən biridir
15 İyun - Milli Qurtuluş Günü Ümummilli Liderin adı il bağlı olan tarixi gündür....
  • 6 saat əvvəl
  • 50
Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək
Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək.AZƏRTAC Qazaxıstanın milli...
  • 7 saat əvvəl
  • 55