Yeni doğulmuş körpəni necə çimizdirməli? Körpələr üçün ideal hamam necə olmalıdır?
Körpələr üzrə mütəxəssis Asude Oflaz yeni doğulmuş körpələrin yuyunması ilə bağlı araşdırma və sınaqlarını davam etdirir. Onun iştirakı ilə çəkilən videolarda AquaHeat termostatik batareyalarının körpə və uşaq hamamı baxımından üstünlüklərindən bəhs edilir.
Körpələri çimizdirmək həm təmizlik, həm rahatlatma, həm də rutin yaranması məqsədi daşıyır. Yuyunma saatları adətən eyni olur. Bəzən müalicə xarakterli yuyunmaq da ola bilər.
Çimizdirərkən körpənin çox tox və ya çox ac olmamasına diqqət etmək lazımdır. Qarnı toxdursa, qusa bilər, qarnı acdırsa, vannada ağlayar.
Körpə necə çimizdirilir?
Körpənin yuyudulması üçün yer əvvəlcədən hazırlanmalıdır. Hamam yeri uşağın otağı, evin hamamı ola bilər. Genişlik olmalıdır ki, avadanlıqlardan istifadə rahat olsun. Məkanın istiliyi önəmlidir. 24-28 dərəcə uyğun temperaturdur. Qapı və pəncərələrin açıq olmadığına diqqət edilməlidir.
Hamamdan sonra masaj da eyni yerdə edilməlidir. Yeni doğulmuş körpələr üçün 7-10 dəqiqə yuyunmaq, 10 dəqiqə masaj və geyindirmək vaxtı düşünülə bilər.
Hamam suyu digər ehtiyaclardan əvvəl hazırlanmalıdır. Körpənin şaçlarında kəpək varsa, üzərinə kəpək əleyhinə yağ sürtülməlidir.
Hamam suyunun istiliyi 37 dərəcə, yəni bədən temperaturuna yaxın olmalıdır. Termostatik batareyalar su təzyiqindəki və hərarətindəki ani dəyişikliklərə tez reaksiya verir. Bunun sayəsində körpənin çimizdirilməsi üçün ideal su hazırlanır. Həmçinin bu batareyalar istənilən su istiliyini təmin edərək artıq su sərfiyyatının qarşısını alır. AquaHeat termostatik batareyalar su və enerjiyə qənaət edərək ailə büdcəsinə kömək edir.
Körpə çimizdirilərkən lazım olan avadanlıqlar
Körpənin yuyundurulması üçün xüsusi materiallara ehtiyac var. Ən əsası körpə vannası olmalıdır. Körpə suda rahat qalmalıdır. İçi baryerli vannalar yeni doğulmuş körpələr üçün uyğun olmaya bilər. İçi tamamilə düz olan vannalar körpəni irəli-geri hərəkət etdirmək baxımından funksionaldır. Vannanın duracağı sağlam və qüsursuz olmalıdır.
Körpəni sabunlu vannadan çıxardıqdan sonra durulamaq, suyu tökə bilmək üçün qulplu qab olmalıdır. Digər lazımi inqridientlər isə bunlardır: körpə şampunu, təbii süngər, təmiz dəsmal.
Körpə hamamı üçün ideal su temperaturu
Körpə əvvəlcə isinmiş, sonra bədən hərarəti ilə tarazlaşdırılmış su ilə çimizdirilməlidir. AquaHeat termostatik batareyası sayəsində suyun temperaturunu ideal səviyyədə saxlamaq mümkündür. Termostatik batareyaların digər bir üstünlüyü ondan ibarətdir ki, körpə böyüyük hamamda tək çimə biləndə su istiliyini asanlıqla tənzimləmək olar. Uşaq səhvən suyun istiliyini azaltsa və ya artırsa, termostatik batareya dərhal sabit istiliyi təmin edir.
Körpə yuyunarkən nələrə diqqət edilməlidir?
Körpəni vannada tək qoymaq olmaz. Bundan əlavə, körpəni düzgün mövqedə tutaraq yuyundurmaq lazımdır. Körpənin vannada sürüşməməsi üçün vannanın dibinə aşırı su çəkməyən material qoyula bilər. Süngər və digər avadanlıqlar suyu çox sorduqları üçün həm su tez soyuyur, həm də daha çox suya ehtiyac olur. Buna görə kiçik bir dəsmal istifadə edilə bilər.
Körpələri çimizdirərkən xüsusi şampunlardan istifadə edilməlidir. Gözü yandıran şampun istifadə etmək olmaz.
Su istiliyini tənzimləmək üçün üsullar
Standart batareyalarda suyun istiliyini tənzimləmək çətindir. AquaHeat termostatik batareyalarda isə bu, olduqca asandır. Çünki bu batareyalar istiliyin anındaca təyin və təmin olunmasına şərait yaradır.
Körpə böyüyüb hamamda tək qala biləndə su istiliyi ilə bağlı təhlükləri aradan qaldırmaq üçün də termostatik batareyalar önəmlidir. Bunun vasitəsilə axan suyuyun istiliyinin sabitliyi qorunur. Uşaq səhvən suyun temperaturunu dəyişərsə, AquaHeat termostatik batareya dərhal istiliyi stabilləşdirir.
Məqaləyə emosiya bildir:
4074 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)