Yens Stoltenberq Ukrayna ilə bağlı yaradılacaq NATO komandanlığının missiyasını açıqlayıb

Yens Stoltenberq Ukrayna ilə bağlı yaradılacaq NATO komandanlığının missiyasını açıqlayıb

NATO sammitinin 3 əsas mövzusu müdafiə və çəkindirmə, Asiya və Sakit okeanı ölkələri ilə əməkdaşlıq və Ukrayna məsələsidir. AZƏRTAC-ın məlumatına görə, bu sözləri NATO Baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən NATO sammiti zamanı deyib. O bildirib ki, bunların içərisində ən əsas məsələ Ukrayna ilə bağlı görüləcək işlər və veriləcək qərarlardır. O, NATO liderlərinin bu həftə Ukraynaya vacib yardım paketini təsdiqləyəcəklərinə ümid etdiyini deyib. Bildirib ki bu paketə həm də Ukraynaya təlim və təhlükəsizlik yardımının çatdırılmasının asanlaşdırılması üçün Almaniyanın Visbaden şəhərində NATO komandanlığının yaradılması da daxildir. “700 heyətdən ibarət olacaq NATO komandanlığı ABŞ-ın indiyə kimi həyata keçirdiyi təhlükəsizlik yardımı və təlimlərin koordinasiyası ilə bağlı rəhbərlik missiyasını öz üzərinə götürəcək. Komndanlıqla yanaşı NATO-nun şərq bölgələrində logistika qovşaqları olacaq”,- deyə Y.Stoltenberq qeyd edib.

Məlahət Nəcəfova

Vaşinqton

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
6 gün əvvəl
351 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Balakəndə qəza törədən motosikletçi komaya düşüb
Balakənin Kortala kəndində hərəkətdə olan motosiklet yoldan çıxaraq aşıb və sürücü...
  • 20 dəq. əvvəl
  • 6
Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb
İyulun 17-də Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı...
  • 1 saat əvvəl
  • 14
BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb
Banqkokda lüks otel otağında ölən 6 vyetnamlı sianidli içkilərdən zəhərlənib.AZƏRTAC...
  • 1 saat əvvəl
  • 17
Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib
Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssisləri tərəfindən aqrar...
  • 3 saat əvvəl
  • 30
Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir
Azərbaycanın bir sıra futbol komandaları Türkiyənin şərq vilayəti olan Ərzurumda...
  • 4 saat əvvəl
  • 36
“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub
Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları...
  • 4 saat əvvəl
  • 41