Yığmanın baş məşqçisi: Parisə bütün komandaları məğlub etmək üçün gedəcəyik

Yığmanın baş məşqçisi: Parisə bütün komandaları məğlub etmək üçün gedəcəyik

“Paris-2024” Yay Olimpiya Oyunlarında nəticə gözləyən komandalar daha çox təzyiq altında olacaq”.

Bu sözləri Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Raşa Deliç “Paris-2024”dəki rəqibləri barədə danışarkən deyib.

Serbiyalı mütəxəssis turnirdəki rəqiblərinin sürpriz komandalar olmadığını bildirib: “Parisdə qadın basketbolunun 3x3 növündə favorit komandalar mübarizə aparacaqlar. Bəlkə də Azərbaycan millisini favorit hesab etmirlər, lakin mən oyunçularıma inanıram. Bəzi insanlar bizim Olimpiadaya vəsiqə əldə edəcəyimizi də düşünmürdü, ancaq Honq-Konqda qazandığımız nəticə hədəfimizin böyük olduğunu göstərdi. İndi Qadın Seriyasında oyunlar keçirəcəyik. Məqsəd Avropa yarışlarında layinqcə mübarizə aparmaqdır”.

Onun sözlərinə görə, turnirdəki heç bir rəqibdən çəkinmirlər: “Favoritin hansı yığma olması önəmli deyil. Biz Parisə bütün komandaları məğlub etmək üçün gedəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi Parisdə Fransa, Çin, ABŞ, Avstraliya, Almaniya, İspaniya və Kanada ilə qarşılaşacaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
503 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 10
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 22
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 24
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 35
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 40
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 6 saat əvvəl
  • 46