Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə

Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə

Latviyanın Azərbaycandakı səfirliyi Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə Azərbaycanda Latviya mədəni irsinə həsr olunmuş "Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə" adlı multimedia sərgisini təqdim edib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, sərgi Latviya Seyminin sədri Dayqa Mierinanın Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunub.

Tədbirdə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov Latviya ilə Azərbaycan arasındakı əlaqələrdən danışıb. “İki ölkə arasında son dövrlər inkişaf edən mədəni, siyasi, iqtisadi əlaqələr bizi sevindirir. Bu gün bizim muzeyimizin bu önəmli sərgiyə ev sahibliyi etməsinin böyük əhəmiyyəti var. Yuliys Straume özündən sonra böyük irs qoyub. Biz şadıq ki, bu irsdə Qafqazın, Azərbaycanın da izi var", - deyə F.Cabbarov qeyd edib.

Latviya Seyminin sədri Dayqa Mierina çıxışında Azərbaycan ilə Latviya arasında mədəni əlaqələrin göründüyündən daha yaxın olduğunu bildirib. Onun sözlərinə görə, Latviyadan sənət adamları bu ölkəyə səfər edib, burada yaşayıblar. Bu sərginin keçirilməsi də məhz ölkələrimiz arasındakı mədəni əlaqələrin yaxınlığının göstəricisidir.

“Qarabağ regionuna səfər etmək imkanım olub, bu səfər çox təsirli idi. Tarixinizin incisi olan Şuşanın ən qısa müddətdə yenidən dirçələcəyinə ümidvaram", - deyə Dayqa Mierina vurğulayıb.

Tədqiqatçı Fuad Axundov Yuliys Straumemin zəngin yaradıcılığı barədə danışıb. O, Latviya peşəkar tətbiqi sənətinin və dizaynının əsaslarını qoymuş bu məşhur rəssamın özündən sonra böyük bir mədəniyyət körpüsü yaratdığını vurğulayıb.

Bildirilib ki, Yuliys Straume Qafqazın dağ kəndlərində apardığı elmi ekspedisiyalar zamanı o, toxuculuq sənətinə və toxuculuq ənənələrinin öyrənilməsinə böyük maraq göstərib. 1907-1923-cü illərdə Y.Straume Tiflisdə Qafqaz Sənətkarlıq Komitəsində işləyib. Elmi ekspedisiyalar zamanı o, tekstil qrafikasına, toxuculuq ənənələrinin öyrənilməsi və yerli mədəni irsin qorunub saxlanmasına diqqət yetirib. Bu gün Gürcüstan Dövlət Xalq və Tətbiqi Sənət Muzeyində Straumun yaratdığı 500-dən çox əşya var, o, bu muzeyin yaradıcısı və ilk gürcü dizayneri hesab olunur. Straume 1908-1911-ci illərdə Şuşa (Azərbaycan) Realnı məktəbində rəsm müəllimi kimi fəaliyyət göstərib. Straume Latviyaya qayıtdıqdan sonra Latviya peşəkar tekstil sənətinin banilərindən biri oldu. Onun eskizlərinə uyğun olaraq xalçalar, mebellər, suvenirlər və qablar hazırlanırdı.

Sərginin aparıcı təşkilatçısı Latviya səfirliyidir. Sərgi Latviya Milli İncəsənət Muzeyi, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Gülbenə Rayon Tarix və İncəsənət Muzeyi, “Druviena Old School” Muzeyi, Latviya Dövlət Arxivi, "Radošä apvienība "Piektā Māja" Yaradıcılıq Birliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun professoru Kübra Əliyeva, tədqiqatçı və məruzəçi Fuad Axundov ilə birgə tərəfdaşlıqla həyata keçirilir.

Multimedia sərgisinin dizaynı və bədii koordinasiyası Azərbaycanın Əməkdar rəssamı Səbinə Şıxlinskayaya aiddir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
481 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 28 dəq. əvvəl
  • 10
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 19
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 27
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 3 saat əvvəl
  • 35
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 38
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 45