Yuxuda şir görməyin yuxuyozması

Yenilənmə tarixi: 2022-05-08

Yuxuda şir görmək yuxu sahibinin iş həyatında hörmətli bir mövqeyə sahib olacağını və bəzi insanların bu vəziyyətə biganə qala bilməyəcəyini göstərir. Yuxu sahibi həmin insanları həyatından çıxarmalıdır.

Yuxuda aslan görmək müxtəlif mənalarda yozulur. İbn Sirinə görə yuxuda şir görmək güclü və şiddətli düşmənlə əlaqələndirilir. Yəni yuxuda şir görmək, özündən güclü düşmənlə qarşılaşacağına və ya belə bir düşməninin olduğuna işarə edir. Bu yuxunu görən şəxs belə bir vəziyyətdən zərər görməmək üçün özünü ələ almalı və oyaq olmalı və ağıllı hərəkət etməlidir.

Yuxuda aslan balası görmək

Yuxuda aslan balası görmək

Oğlan uşağı kimi təsrif olunur. İnsanın böyük işlər görən bir oğlu olacağını və onu qürurlandıracaq şeylər edəcəyini göstərir. Yuxuda aslan balası görmək gözəl bir işə girməyə və ona qalacaq mirasa işarədir. Yuxu sahibi çətin dönəmə girəcək, ailəsi ona dəstək olacaq. Bu şəkildə o özünü inamlı hiss edəcək. Əgər yuxunuzda şir balası görmüsünüzsə, bu yuxu oğlan uşağı kimi yozulur. Yuxu görən adamın evinə şir balası girərsə, bu yuxu çoxlu qazanc, hər mənada yaxşılıq və uzun ömür deməkdir. Bundan başqa, yuxu görən qadındırsa və şir balasını əmizdirdiyini görsə, bu adamın çox uğurlu bir insanın yaş dayəsi olacağına işarədir.

Yuxuda ağ şir görmək

Yuxu sahibinin dövlət qurumunda işə girəcəyinə, həyatının çox yaxşı axara düşəcəyinə dəlalət edir. Yuxuda ağ aslan görmək insanın ailə içində rahatlığının artacağı, stəklərinin yerinə yetiriləcəyi kimi yozulur. Yuxu sahibi uzun müddət sonra yenidən rahatlaşacaq.

Yuxuda dişi şir görmək

Yuxu sahibinin peşəsində təcrübəli və usta olacağına işarədir. Onun ailəsi ilə yaxşı rəftar edəcəyini, həyat yoldaşına dəyər verəcəyini göstərir. Yuxuda dişi aslan görmək bolluq, xoş xəbər və xoşbəxt bir ailə mühiti kimi ifadə olunur. Eyni zamanda, yuxu sahibinin qısa müddətdə əldə edəcəyi bol qazanc deməkdir. Əgər yuxunuzda aslan görmüsünüzsə, bu yuxu yoxsulluğun sona çatacağına işarə edir. Eyni zamanda, bu yuxu xoşbəxt bir həyatın xəbərçisi olaraq da adlandırılır. İnsanların mallarını paylaşdıqca sərvətlərinin artacağına işarə edən yuxulardan biridir.

Yuxuda aslan öldürmək

Yuxuda aslan öldürmək

Uğur qazanmaq əlamətidir. Yuxu sahibinin ailəsi ilə yaxşı davaranacağı, dinc və xoşbəxt bir həyat yaşayacağı anlamını verir. Yuxuda aslan öldürmək yuxu sahibinin kefinin yerində olacağına, qazancının artacağına dəlalət edir.

Yuxuda şir sürüsü görmək

Üzüntünü tərənnüm edir. Yuxu sahibinin işində çox problemli hadisələr yaşayacağı, mənəviyyatını daim yüksək tutmağa çalışacağı, əlindən bir şey gəlməyəcəyi kimi təfsir olunur.

Yuxuda erkək şir görmək

Yuxu sahibinin işlərini qaydaya salacağına, qardaşı kimi gördüyü birinə ortaq olacağına işarədir. Qarşılarına çıxan problemləri birlikdə dəf edəcəklər.

Yuxuda qara aslan görmək

Yuxu sahibinin başına gələcək fəlakətdən xəbər verir. Onun pis xəbər alacağı, bundan sarsılacağı, uzun müddət heç kimlə danışmayacağı kimi təfsir olunur.

Yuxuda şir hücumundan qurtulmaq

Yuxuda şir hücumundan qurtulmaq

Yuxu sahibinin işində çöküşə məruz qalmaqdan son anda xilas olacağını ifadə edir. O, bu iş sayəsində ailəsini dolandıracaq.

Yuxuda şir dişləməsi

Yuxu sahibinin işi sayəsində gözəl bir avtomobilə minəcəyini, evindən bolluq və bərəkətin əskik olmayacağını göstərir.

Yuxuda şir əti yemək

Dövlətin böyüklərinə yaxın olmağa işarədir. Yuxuda şir əti yemək həmçinin yuxu sahibinin böyük günah edəcəyi kimi təfsir olunur.

Yuxuda aslana minmək

Böyük və güclü düşmən üzərində üstünlük qazanılacağından xəbər verir. Yuxuda aslana minmək bir böyükdən yardım almaqla əlaqələndirilir.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
34066 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Yuxuda mobil telefon görmək: Simvolizm və Təfsirlər
Yuxular, insanların bədən və ruh sağlamlığına, həyat təcrübəsinə və şəxsi...
  • 3 ay əvvəl
  • 1162
Yuxuda elçi gəlməsi nə anlama gəlir?
Yuxuda elçi gəlməsi yaxşı əlamətdir. Yeniliklərə və dəyişikliklərə işarədir. Yuxu...
  • 3 ay əvvəl
  • 3218
Yuxuda dəniz ulduzu görmək
Yuxuda dəniz ulduzu görmək yuxu sahibinin müxtəlif çatışmazlıqlar səbəbindən uzun...
  • 3 ay əvvəl
  • 860
Yuxuda koala görmək
Yuxuda koala görmək yaxşı əlamətdir. Yuxu sahibinin həyatında baş verəcək müsbət...
  • 4 ay əvvəl
  • 744
Yuxuda ördək görmək
Yuxuda ördək görmək bəxtin açıq, gələcəyin parlaq olması deməkdir. Yuxuda ördək...
  • 4 ay əvvəl
  • 928
Yuxuda sübh görmək
Yuxuda sübhgörmək bərəkət, bolluq və rahatlığa işarədir. Bu yuxu həmçinin...
  • 4 ay əvvəl
  • 1033