Yuxuda bacı görməyin yuxuyozması

Çox yaxşı yuxu hesab olunur. Yuxu sahibinin xoşbəxt olacağına, xoş xəbər alacağına işarədir.

Yuxuda bacı və kürəkən görmək

Yuxu sahibinin daim şanslı və xoşbəxt olacağı kimi yozulur. Bəzi yozumlara görə isə yuxuda bacı görmək yuxu sahibinin çətin bir dövrdən ailəsinin köməyi ilə çıxacağından xəbər verir.

Yuxuda ana və bacı görmək

Yuxu sahibinin xəyanətə uğrayacağını bildirir. Onun ətrafında etibar etdiyi insanlar olmalıdır, əks təqdirdə, başı ağrıyar. Yuxuda ana və bacı görmək ailəyə bağlılığı və təmiz qəlbliliyi ifadə edir. Eyni zamanda pis vərdişlərdən əl çəkilməli olduğuna dəlalət edir.

Yuxuda bacı görmək

Yuxuda bacı görmək

Bacıdan kömək alınacağına işarədir. Bu kömək həm maddi, həm də mənəvi ola bilər. Bəzi yozumlara görə, yuxuda bacı görmək şəfqət və sevgi deməkdir.

Yuxuda bacının evinə getmək

Yuxu sahibinin uzun müddətli iş həyatından xəbər verir. Yuxuda bacının evinə getmək yuxu sahibini başını bəzi məsələlərin qarışdıracağına, ailə böyüklərindən dəstək alacağına dəlalət edir. O, küsülü olduğu insanlarla barışmalıdır.

Yuxuda bacını pərişan görmək

Yuxuda bacını pərişan görmək

Yaxşı yuxu hesab olunmur. Yuxu sahibinin başına pis hadisələrin gələ biləcəyi, çətin dövr keçirəcəyi kimi yozulur. Yuxuda bacını pərişan görmək yuxu sahibinin ailə üzvlərinə yetərincə zaman ayırmadığını, bu durumu düzəltməli olduğunu göstərir.

Yuxuda bacının qızını görmək

Yuxu sahibinin iş həyatında ciddi gəlirlər qazanacağı, lakin sonradan bu işin pozulacağı, əlindəkiləri itirəcəyi anlamına gəlir. Yuxuda bacının qızını görmək yuxu sahibinin başına gələnlərdən dərs çıxarmalı olduğunu göstərir.

Yuxuda bacını öpmək

Yuxu sahibinin gələcəyinin parlaq olacağına işarədir. Yuxuda bacını öpmək insanın böyük əks-səda doğuracaq işlərlə məşğul olacağı kimi təfsir edilir.

Yuxuda bacı ilə mübahisə etmək

Evliliyə və uzun ömrə işarədir. Həmçinin yuxuda bacı ilə mübahisə etmək gündəlik həyatda əsəbi və gərgin olmağı, bəzi problemlərin yaranacağını ifadə edir.

Yuxuda bacını qucaqlamaq

Yuxuda bacını qucaqlamaq

Yuxu sahibinin iş həyatında qazanacağı uğur və mənfəətdən xəbər verir. Yuxuda bacını qucaqlamaq yuxu sahibin Allah yolunda irəliləyəcəyini bildirir.

Yuxuda bacıyla telefonda danışmaq

Yuxu sahibinin gözəl xəbərlər alacağına işarədir. Yuxuda bacıyla telefonda danışmaq yuxu sahibin hər zaman bolluq içində yaşayacağı və çətinə düşdükdə ona kömək olunacağı anlamını verir.

Yuxuda bacının öldüyünü görmək

Yuxu sahibinin sıxıntılardan qurtulacağına dəlalət edir. Yuxunu görən şəxs xəstədirsə, tezliklə şəfa tapacaq. Bu yuxu, ümumiyyətlə, xeyrə yozulur.

Yuxuda bacının hamilə olduğunu görmək

Sevgi dolu bir hadisənin baş verəcəyi kimi yozulur. Yuxuda bacını hamilə görmək sıxıntıların sona çatacağına və ailə bağının möhkəmlənəcəyinə işarədir.

Yuxuda bacı ilə gəzişdiyini görmək

Yuxu sahibinin ailə və iş həyatında gözəl xəbərlər alacağıni ifadə edir. Yuxuda bacı ilə birlikdə gəzişmək yuxu sahibinin uzun müddətdir gözlədiyi yerdən müsbət cavab alacağı mənasını verir.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
6050 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Yuxuda mobil telefon görmək: Simvolizm və Təfsirlər
Yuxular, insanların bədən və ruh sağlamlığına, həyat təcrübəsinə və şəxsi...
  • 2 ay əvvəl
  • 937
Yuxuda elçi gəlməsi nə anlama gəlir?
Yuxuda elçi gəlməsi yaxşı əlamətdir. Yeniliklərə və dəyişikliklərə işarədir. Yuxu...
  • 3 ay əvvəl
  • 2779
Yuxuda dəniz ulduzu görmək
Yuxuda dəniz ulduzu görmək yuxu sahibinin müxtəlif çatışmazlıqlar səbəbindən uzun...
  • 3 ay əvvəl
  • 782
Yuxuda koala görmək
Yuxuda koala görmək yaxşı əlamətdir. Yuxu sahibinin həyatında baş verəcək müsbət...
  • 3 ay əvvəl
  • 668
Yuxuda ördək görmək
Yuxuda ördək görmək bəxtin açıq, gələcəyin parlaq olması deməkdir. Yuxuda ördək...
  • 3 ay əvvəl
  • 838
Yuxuda sübh görmək
Yuxuda sübhgörmək bərəkət, bolluq və rahatlığa işarədir. Bu yuxu həmçinin...
  • 4 ay əvvəl
  • 953