Yuxuda bu insanı görmüsünüz? Minlərlə insanın yuxularına girən, sirri açılmayan əsrarəngiz adam

Yenilənmə tarixi: 2021-10-28

Uzun illər internetin sirli fenomenlərindən birinə çevrilən "Bu Adam" (This Man) hər ölkədə anons edilməyə çalışılsa da, naməlum bir xarakterdir. İnsanların yuxularına girdiyi iddia edilən bu sirli hadisəni gəlin birlikdə araşdıraq!

2006-cı ilin yanvarında Nyu-Yorkda məşhur psixiatrın xəstəsi əvvəllər görmədiyi bir insanı yuxuda gördüyünü qeyd etdi və ona həyatı ilə bağlı məsləhətlər verdi.

Sonra yuxusunda gördüyü adamın üzünü psixiatra çəkərək göstərir:

This man haqqında

Bir neçə gün sonra başqa bir xəstə həmin şəkli görür. Bu, onun da yuxusuna girən adamın şəkliydi. O da yuxusuna girəni daha əvvəl görmədiyini söyləyirdi. Psixiatr həmin şəkli həmkarlarına göndərir. Bir neçə ayda onu yuxuda gördüklərini söyləyən daha 4 xəstə gəlir.

Los-Ancelesdən Tehrana, Parisdən Moskvaya 2006-cı ilin yanvar ayından, ilk rəsm çəkiləndən bəri, 2000-dən çox insan bu adamı yuxuda gördüyünü

söylədi!

Bəs niyə bu sirli adam insanların yuxularına girir? Bunun hər hansı qorxunc açıqlaması var? Bu müstəvidəki nəzəriyyələrdən ilki Model nəzəriyyəsidir. Nəzəriyyəyə görə, bu şəxs insanların alt şüurunda yatan bir obrazdır və yalnız çətin vaxtlarda (dramatik dəyişikliklər, stressli hallar) üzə çıxır, elə buna görə də yuxulara girir.

This man yuxuda görmək

Bu adam psixoloji bacarıqlarından istifadə edərək yuxulara girə bilən bir "yuxu tədqiqatçısı" ola bilərmi?

Bu cür nəzəriyyələr elmi cəhətdən tam sübut olunmayıb. Bəziləri həmin şəxsin insanların yuxularına girməyi bacaran bir psixoz olduğuna inanırlar. Niyə minlərlə şəxsin onu yuxuda gördüyü məlum deyil.

ThisMan.org bu adamı yuxuda görənlər üçün açılmış saytdır. Burada bir çox dildə məlumatlar, elanlar yerləşdirilib.

Məqaləyə emosiya bildir:
emotion
8
emotion
9
emotion
33
emotion
41
emotion
5
emotion
8
emotion
23
Dostlarınla paylaş:
4 il əvvəl
10147 dəfə oxundu
ilk.az-çılar nə deyir?