Yuxuda çiçək görməyin yuxuyozması

Yuxuda çiçək görmək, yuxuda gül görmək yaxın gələcəkdə vacib xəbər almaq və bu xəbərin yalnız özünü deyil, ailəni də sevindirəcəyi kimi yozulur. Yuxu sahibinin istədiyi xoşbəxtliyi və dincliyi tapacağını və rahat bir həyat yaşayacağını göstərir.

Yuxu yozucuları bu yuxunu xoşbəxt bir münasibət və hamiləlik kimi dəyərləndirirlər. Belə yuxu görən kişi gözəl bir xanımla evlənər. Ondan gözəl övladı olar.

Yuxuda gül hədiyyə almaq

Yuxu sahibinin yaxşı bir insanla tanış olacağına, həyatının müsbət mənada dəyişəcəyinə işarədir. Xeyirli övlad sahibi olmağı ifadə edir.

Yuxuda yaşıl çiçək görmək

Yuxuda yaşıl çiçək görmək

Yuxu sahibinin ailəsi ilə yaxşı yola gedəcəyinə, hər şeydən çox ailəsini düşündüyünə dəlalət edir. Böyükmaddi gücə sahib olacağı və hər kəs tərəfindən seviləcəyi anlamına gəlir.

Yuxuda çiçək bağçası görmək

Yuxu sahibinin ətrafındakı insanlar tərəfindən seviləcəyini göstərir. Yuxuda çiçək bağçası görmək pis sözlər işlətməmək, yeni dostluqlar qurmaq, xoşbəxt olmaq kimi yozulur.

Yuxuda başqasının evində çiçək görmək

Yaxşı əlamət sayılır. Yuxu sahibinin ağlının köməyilə iş həyatında uğur qazanacağına, gəlirərini ikiqat artıracağına işarədir.

Yuxuda çiçək görmək

Yuxuda çiçək görmək

Evlilik, hamiləlik, xoş xəbər deməkdir. Bəzi yozuculara görə, hüzur və şans əlamətidir.

Yuxuda fərqli rəngli çiçəklər görmək

Fərqli yerlərdən fərqli gözəl xəbərlər almaq, gözəl həyat yoldaşına sahib olmaq, səhvdən dərs çıxarmaq anlamına gəlir.

Yuxuda ağ çiçək görmək

Yuxu sahibinin gələcəyinin parlaq olmasını, yaxşı bir iş həyatına sahib olacağını ifadə edir.

Yuxuda gül dərmək

Yuxuda gül dərmək

Yuxuda çiçək dərmək kədəri təcəssüm etdirir. Kökündən qoparılan çiçək kədər və üzüntü deməkdir. Yuxu sahibinin başqalarına möhtac qalacağı kimi yozulur.

Yuxuda çiçək toxumu görmək

İnsanın arzu və istəklərini ifadə edir. Yuxuda çiçək toxumu görmək iş həyatındakı yeniliklərdən xəbər verir.

Yuxuda dibçəkdə çiçək görmək

Yuxu sahibi evlidirsə, qacancı artacaq, subaydırsa, ailə quracaq. Yuxuda dibçəkdə çiçək görmək xəyallara qovuşmaq anlamına gəlir.

Yuxuda çəmənlikdən çiçək yığdığını görmək

Yuxuda sarı gül görmək

Yuxu sahibinin istəklərinin gerçəkləşəcəyini və bir şans oyunundan çox pul qazanacağını göstərir. Həmçinin, haram qazancı təcəssüm etdirir.

Yuxuda çiçək naxışlı paltar görmək

Bu yuxu subay xanımların qismətinin yaxşı olduğuna, hamı tərəfindən hörmət edildiyinə, böyük rəğbət qazandığına işarədir.

Yuxuda qırmızı çiçək görmək

Qısa müddətli xoşbəxtlik kimi təfsir olunur. Bəzi yozumlara görə, xəstəlik əlamətidir. Yuxuda qırmızı çiçək görmək yuxu sahibinin tezliklə şad xəbər alacağına dəlalət edir.

Yuxuda solğun çiçək görmək

Yuxuda solğun çiçək görmək

Yuxu sahibinin xəyanətə uğrayacağına işarədir. Yuxuda solğun çiçək görmək çətin günlərdən xəbər verir.

Yuxuda bir dəstə çiçək görmək
Yuxu sahibinin yaxın bir qohumundan ona miras qalacağı kimi yozulur. Yuxuda bir dəstə çiçək görmək yuxu sahibinin əlinə çoxlu pul keçəcəyinə, maddi və mənəvi rahatlıq tapacağına dəlalət edir.

Yuxuda gözəl ətirli gül görmək

Yuxu sahibinin çox xoşbəxt bir insan olacağını və həyatdan necə zövq alacağını ifadə edir.

Yuxuda pis ətirli çiçək görmək

Kədəri və maddi itkini təcəssüm etdirir. Bu yuxu həm də yuxu sahibinin hansısa xəbərdən kədərlənəcəyi, sıxıntı yaşayacağı kimi yozulur.

Yuxuda qurumuş çiçək görmək

Yuxuda qurumuş çiçək görmək

Yuxu sahibinin xəstə yaxınının öləcəyinə işarədir. Yuxuda qurumuş çiçək görmək üzüntü və kədər anlamı verir.

Yuxuda çiçək sifariş etdiyini görmək

Aşiq olmaq deməkdir. Subayların arzuladığı insanla tanış olacağı və evlənəcəyi kimi təfsir olunur.

Yuxuda çiçək əkdiyini görmək

Evlənib övlad sahibi olmağa işarədir. Yuxuda torpağa çiçək əkdiyini görən şəxsin əl atdığı hər iş uğurlu olar.

Yuxuda çiçək səpdiyini görmək

İnsanın daxili dünyasında estetik və xoş ətri təmsil edir. Monoton həyatdan yorulub dəyişməyə dəlalət edir. Yuxuda çiçək səpdiyini görmək ehtiraslı və gözəl həyat yoldaşına sahib olacağı, sevginin həmişə davam edəcəyi kimi yozulur.

Məqaləyə emosiya bildir:
emotion
8
emotion
1
emotion
1
emotion
1
emotion
2
emotion
1
emotion
1
Loading...
Dostlarınla paylaş:
7 ay əvvəl
3643 dəfə oxundu
ilk.az-çılar nə deyir?