Yuxuda cin görməyin yuxuyozması

Yenilənmə tarixi: 2021-11-24

Yuxuda cin görməyin yozumu onun görünmə tərzinə görə formalaşır. Yuxuda qaranlıqda qorxunc bir cin görmək, bəlaların və problemlərin artacağına işarədir. Yuxuda görülən cin yaxşı xasiyyətli, alim və müsəlmandırsa, o insanın alimlərdən kömək alacağına işarədir.

Yuxuda cin vurduğunu görmək

Haram qazanca, faiz qazanmağa, kədərlənməyə işarədir.

Yuxuda cinləri çağıran və bundan zərər görən şəxsin edilməsi vacib olan qurbanı var və ya o, qayğıyla, zillətlə üzləşəcək.

Bir insan yuxuda cinlərdən birinə Quran öyrətdiyini və ya cinlərdən birinin ondan Quran dinlədiyini görsə, bu yuxu həmin şəxs üçün ən ali vəzifələrin yaxında olmasına dəlalət edir.

Yuxuda cindən kömək istəmək, müxtəlif macəralara getməyə hazır olduğunuzu göstərir. Yuxu sahibinin özünü cin olaraq görməsi pis işlərə qarışacağı anlamını verir.

Yuxuda cinin qapısının yaxınlığında olmaq pis əlamətdir.

Yuxuda cin görmək

Yuxuda evə cinlərin girdiyini və nə isə etdiklərini görmək evə oğru girəcəyi kimi yozulur.

Yuxuda cinlə birlikdə yola çıxmaq quru və dəniz səyahətindən xəbər verir.

Yuxu sahibinin cinlərin yerə düşürdüyünü görməsi cinlərdən gələn zərər kimi təfsir olunur. Bu yuxu bəzən tövbə edərək, bağışlanaraq haqqa qayıtma mənası verir.

Yuxuda cini yolda, gübrə tökülən yerdə, quyuda, hamamda görmək zina edən kişi və qadınları aldadan adama işarədir.

Yuxuda cinləri yerə düşürdüyünü görən şəxsə cinlər zərər verər. Yuxuda cinlə cinsi əlaqəyə girən şəxs həyat yoldaşı ilə xoşbəxt olar və gözəl övladları dünyaya gələr.

Yuxuda tanıdğın birini cin olaraq görmək onun köməyi ilə qazancının artacağına işarədir. Yuxuda cin tərəfindən qorxudulan şəxs ev sahibi olar.

Yuxuda cinlərin başqaları ilə münasibətdə olduğunu görmək, həmin insanların sizə ehtiyac duyduqlarını göstərir. Yuxuda cinlərin bir araya gələrək insanlar kimi söhbət etdiyini görən şəxs, inanclı insanların bir araya gələrək yaxşı münasibət qura biləcəyi gözəl bir cəmiyyətə daxil olar.

Yuxuda bir dəstə cinin bir yerdə gəzdiyini görən şəxs, qorxu və həvəslə bir şey uğrunda mübarizə aparan bir qrup insana qoşular. Yuxuda cini qonaq çağırdığını görən şəxsin yaxın bir dostu onu öz əhatəsinə cəlb edər.

Yuxuda cinləri görmək

Yuxuda qorxunc bir cin görmək

Yuxuda çoxlu cin görmək insanları aldadan yalançı bir şəxsiyyətə işarədir. İnsan yuxuda özünü cin olaraq görürsə, bu o deməkdir ki, o, işlərində hiyləyə əl atacaq və zərər görəcək.

Yuxuda evin ətrafında cinlərin olduğunu görmək

Yuxu sahibinin vəd etdiyi nəzir və ya sözü yerinə yetirməsi anlamına gəlir. O, bu öhdəlikləri yerinə yetirməsə, başına böyük bir fəlakət gələcək.

Yuxuda cinlə evləndiyini görmək

Bəzi tərcüməçilər deyirlər ki, yuxuda cinlə evlənmək inanılmaz miqdarda pula işarə edir. Deyirlər ki, insanın ömür boyu təsəvvür edə bilməyəcəyi qədər var-dövlətə sahib olacağına işarə edilir.

Yuxuda evin içində cin görmək

Belə yuxu evdə mübahisələrin olacağına, nizamın pozulacağına, pis günlərin başlayacağına işarədir. Bu həm də böyük maddi və mənəvi itkilərin yaşanması kimi təfsir olunur.
Bəzi yozuculara görə, böyük ümidlərlə başlanılan bir işin xəyal qırıqlığı ilə nəticələnəcək və böyük bir kədər yaşanacaq.

Yuxuda cin tərəfindən vurulduğunu görmək

Yuxu sahibinin böyük günah işlətdiyinə işarədir. Yuxuda cin tərəfindən vurulmaq haram pul və ya pis niyyətli insan mənası daşıyır. Həm də böyük maddi və mənəvi itkilərin yaşanmasına dəalət edir.

Yuxuda cinləri boğmaq

Bir şəxs yuxuda cinləri boğduğunu görsə, tezliklə yaxşı xəbər alacaq. Yuxu sahibi gündəlik həyatındakı qayğılarından xilas olacaq və öhdəsinə düşən işləri layiqincə görəcək.

Yuxuda cinlərin rəqs etdiyini görmək

Gözəl anlar yaşamağa, sıxıntılardan qurtulmağa işarədir. Yuxuda cinlərin oxuyub-oynadığını görmək yuxu sahibinin yaxın dostundan böyük kömək görəcəyi anlamına gəlir.

Yuxuda cinlərlə münasibət qurmaq

Yuxuda cinlərlə münasibət qurmaq

Bir şəxs yuxuda cinlərlə münasibət qurduğunu görürsə, bu yuxu onun böyük bir səhv edəcəyini və nəticədə həm maddi, həm də mənəvi cəhətdən böyük çətinliklərlə qarşılaşacağını göstərir.
Bəzi yozuculara görə, yuxuda cinlərlə münasibətdə olmaq yuxu sahibinin etdiyi bir şeyə peşman olmasına, ətrafına zərər verəcəyinə işarədir.

Yuxuda Cin Görmək və Qorxmaq

Yuxu sahibinin çox təhlükəli şeylərdən qaçmasına işarədir. Yuxuda pis xasiyyətli cin görmək və ondan qorxmaq insanın başına qaçması arzuolunmaz bir vəziyyətin gələcəyinə işarə edir. Yuxuda cin gördükdən sonra qorxudan huşunu itirmək son dərəcə panikaya düşmək deməkdir.

Yuxuda özünü cin olaraq görmək

Yuxuda özünü cin olaraq görmək zina, günah kimi yozulur. Ailədaxili mübahisələrin bitməyəcəyinə, anlaşılmazlıqlara dəlalət edir. Yuxu sahibinin həyat yoldaşı ilə ayrılacağını göstərir. Həmçinin, cütlüklərin bir-birindən gizlətdikləri böyük bir sirdən xəbər verir.

Yuxuda Cin olmaq

Yuxuda cin olduğunu görən insanın ətrafına ziyan vuracağına işarədir. Yuxu görənin görəcəyi işlərin çox hiyləli olacağı, harama toxunacağı və ondan böyük zərər görəcəyi hikmətlidir.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
12160 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
SADİQ (10 ay əvvəl)
Emil məndə ona bənzər yuxu görmüşdüm və ona görə axtarmışdım oraada başına pis şey gələcəyini bildirir . Mənim elə yadımdadı
Emil (2 il əvvəl)
Mən yoxuda bir qroup adama bənzər bir şey gördüm qadın idi çadralı amma qara doman şəklindən bir birin ardinca qəbiristanlıq da çıxırdılar onlar cin idi mənasını burda tapa bilmədim mənası nədir ?
Oxşar yazılar
Yuxuda mobil telefon görmək: Simvolizm və Təfsirlər
Yuxular, insanların bədən və ruh sağlamlığına, həyat təcrübəsinə və şəxsi...
  • 2 ay əvvəl
  • 906
Yuxuda elçi gəlməsi nə anlama gəlir?
Yuxuda elçi gəlməsi yaxşı əlamətdir. Yeniliklərə və dəyişikliklərə işarədir. Yuxu...
  • 3 ay əvvəl
  • 2662
Yuxuda dəniz ulduzu görmək
Yuxuda dəniz ulduzu görmək yuxu sahibinin müxtəlif çatışmazlıqlar səbəbindən uzun...
  • 3 ay əvvəl
  • 766
Yuxuda koala görmək
Yuxuda koala görmək yaxşı əlamətdir. Yuxu sahibinin həyatında baş verəcək müsbət...
  • 3 ay əvvəl
  • 650
Yuxuda ördək görmək
Yuxuda ördək görmək bəxtin açıq, gələcəyin parlaq olması deməkdir. Yuxuda ördək...
  • 3 ay əvvəl
  • 817
Yuxuda sübh görmək
Yuxuda sübhgörmək bərəkət, bolluq və rahatlığa işarədir. Bu yuxu həmçinin...
  • 4 ay əvvəl
  • 938