Yuxuda dənizdə üzmək nə deməkdir?

Yuxuda dənizdə üzmək yuxu sahibinin xəyallarını həyata keçirmək üçün böyük səylər göstərəcəyinə işarədir. Əzmi və iradəsi sayəsində çətinliklərin öhtəsindən gələcək. Yuxuda dənizdə üzmək uğur əlamətidir. Yuxu sahibinin özünə inamı sayəsində çətinliklərə sinə gərəcəyinə dəlalət edir.

Yuxuda dalğalı dənizdə üzmək

Yuxuda dalğalı dənizdə üzmək

Yuxu sahibini gözü götürməyən insanların olduğundan xəbər verir. O, daim insanlarla mübarizə aparacaq, ailəsinin yanından ayrılmayacaq. Yuxuda dalğalı dənizdə üzmək yuxu sahibin iş həyatında müxtəlif çətinliklərlə üzləşəcəyini göstərir. Yuxu sahibi xəyallarına çatmaq üçün önünə çıxan əngəlləri aşacaq.

Yuxuda şəffaf dənizdə üzmək

Yuxu sahibi üçün şad xəbər, ruzi-bərəkət anlamına gəlir. O, həyatındakı pis insanları bir-bir uzaqlaşdıracaq. Yuxuda şəffaf dənizdə üzmək hüzur, xoşbəxtlik və halal qazanc deməkdir. Qazanılan pulda başqalarının gözü ola biləcəyinə işarədir. Yuxu sahibinin ətrafı tərəfindən sevilən biri olacağını ifadə edir.

Yuxuda gömgöy dənizdə üzmək

Yuxuda gömgöy dənizdə üzmək

Parlaq bir gələcək və çox işləmək mənasını verir. O, şad xəbər alacaq və buna görə səfərə çıxacaq. Bu xəbər onun ailə üzvlərini də maraqlandıracaq. Yuxuda gömgöy dənizdə üzmək insanın həyatında daim təmiz qəlbli olacağına dəlalət edir. Yaxın dostları tərəfindən xəyanətə uğrasa da, özünü əsla itirməyəcək.

Yuxuda həyat yoldaşınla dənizdə üzmək

Olduqca xeyirli yuxu hesab edilir. Evdə hüzur dolu mühitin olacağına işarədir. Yuxu sahibi yaxşı həyat yoldaşına sahib olduğunun fərqinə varacaq, sevinc və xoşbəxtlik içində yaşayacaq. Yuxuda həyat yoldaşı ilə dənizdə üzmək sıxıntıların sona çatacağından xəbər verir. Xeyirli işlərin görüləcəyi, bərəkərin artacağı kimi yozulur.

Yuxuda təmiz dənizdə üzmək

Yuxu sahibinin əldə edəcəyi qazanc sayəsində yardıma möhtac olanlara kömək edəcəyi anlamına gəlir. Qazandığı pulları ailəsinə də xərcləyəcək. Yuxuda təmiz dənizdə üzmək gözəl qəlbli bir insanla tanış olmağı ifadə edir.

Yuxuda dənizin dibində üzmək

Yuxuda dənizin dibində üzmək

Yuxu sahibinin gəlirlərinin artacağına dəlalət edir. Həmçinin, yuxu sahibinin ətrafında saxta dostların olacağını da bildirir. Bu insanlardan uzaq olmalı, həyatında yeni bir səhifə açmalıdır.

Yuxuda üzmək

Yuxu sahibinin daim uğurlu olacağına işarədir. Fitnə-fəsaddan, zinada uzaq olacağı müddətdə qarşısına yaxşı fürsətlər çıxacaq. Yuxuda üzməyin mənaları suyun rənginə görə dəyişir.

Məqaləyə emosiya bildir:
emotion
21
emotion
1
emotion
5
emotion
2
emotion
3
emotion
2
emotion
1
Dostlarınla paylaş:
2 il əvvəl
17408 dəfə oxundu
ilk.az-çılar nə deyir?