Yuxuda dollar görməyin yuxuyozması

Maddiyata önəm vermək kimi yozulur. Yuxu sahibinin idealist olduğunu göstərir. Ədalətli, haqqa, hüquqa önəm verdiyini bildirir. Uzun və hüzur dolu evlilik həyatından xəbər verir.

Yuxuda bir şəxsin dollar verdiyini görmək

Yuxu sahibinin uzun fasilədən sonra rahatlıq tapacağına, ailəsi ilə münasibətlərinin yaxşılaşacağına işarədir. Yuxuda kiminsə dollar verdiyini görmək mal və mülk anlamını verir.

Yuxuda dollar dəstəsi görmək

dollar dəstəsi

Təmiz və xeyirli pulu ifadə edir. Yuxu sahibinin qarşısına çıxacaq və bol gəlir qazandıracaq fürsətləri göstərir. İnsanın hər işinin yolunda gedəcəyindən, xəyallarına çatmaq üçün hər maneəni dəf edəcəyindən xəbər verir.

Yuxuda dollar saymaq

Yuxu sahibinin bütün istəklərinə nail olacağına, ona heç nəyin mane ola bilməyəcəyinə işarədir. Yuxuda dollar saymaq yuxu sahibinin iş həyatına uğurlu olacağı kimi təfsir olunur.

Yuxuda dollar oğurlamaq

dollar saymaq

Məhrəmiyyətə girmək anlamına gəlir. Yuxu sahibi yaxından tanıdığı bir insanın yaşantılarına şahid olacaq və onları öyrənəcək. Bu yuxu həmçinin böyük problemlə üzləşməyi ifadə edir.

Yuxuda cırıq dollar görmək

Yuxu sahibinin uzun fasilədən sonra sıxıntı yaşayacağına, ailəsindən dəstək alacağına işarədir. Yuxuda cırıq dollar görmək insanın diqqətli olmasa müxtəlif problemlərlə üzləşəcəyindən xəbər verir.

Yuxuda dollar almaq

Gözəl və bərəkətli günlərə dəlalət edir. Yuxu sahibinin şad-xürrəm yaşayacağı kimi yozulur. Yuxuda dollar almaq yuxu sahibinin qazancının günü-gündən artacağı deməkdir.

Yuxuda dollar xırdalamaq

Yuxuda dollar xırdalamaq

Yuxu sahibinin iş həyatında xeyirli və təmiz işlər görəcəyini bildirir. Təmiz işə girmək üçün sərmayənin ortaya qoyulacağından xəbər verir.

Yuxuda içi dollarla dolu çamadan görmək

Görüləcək işdən böyük qazanc əldə olunması anlamını verir. Kasıqlıqdan qurtulmaq, məşhurlaşmaq, inam qazanmaq kimi mənaları əks etdirir.

Yuxuda dollar gizlətmək

Yuxu sahibinin ailəsi ilə münasibətinin pisləşəcəyinə, çətin günlər keçirəcəyinə dəlalət edir. Yuxuda dollar gizlətmək edilən bir səhvin ardından çəkiləcək vicdan əzabını ifadə edir.

Məqaləyə emosiya bildir:
emotion
15
emotion
6
emotion
6
emotion
4
emotion
9
emotion
5
emotion
5
Dostlarınla paylaş:
2 il əvvəl
18240 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Resul (9 ay əvvəl)
Yuxuda bir oğlan mamama q Pul üstündə təqqir edir