Yuxuda hovuz görməyin yuxuyozması

Yuxuda hovuz görmək əliaçıq, qəlbi zəngin insana işarədir.yuxu sahibinin sıxıntılarından xilas olacağını göstərir. Bu yuxu həm də yaxşı xarakterli, gözəl bir qadına dəlalət edir.

Yuxuda təmiz hovuz görmək

Yuxu sahibinin əldə edəcəyi uğurdan xəbər verir. Bu uğur maddi və mənəvi baxımdan ola bilər. Yuxuda təmiz hovuz görmək ev içərisindəki bolluq və bərəkəti ifadə edir. Ailə üzvləri bir-biriləri ilə yaxşı yola gedəcək.

Yuxuda böyük hovuz görmək

böyük hovuz

Yuxu sahibinin kiçik problemlərlə üzləşəcəyi kimi yozulur. Ailəsi daim onun yanında olacaq. Yuxuda böyük hovuz görmək insanın mübarizəyə meyilli xarakterini əks etdirir.

Yuxuda hovuza girmək

Yuxuda hovuza girmək xoşbəxtlik, hüzur, şad xəbər deməkdir. Yuxu sahibinin pis vərdişlərindən əl çəkəcəyinə, sağlam qidalanacağına işarədir. Yuxuda hovuza girmək insanın öz təmizliyinə diqqət edəcəyini bildirir.

Yuxuda başqasının hovuza girdiyini görmək

Yuxu sahibinin əlində olanların dəyərini bilməli olduğundan xəbər verir. Yuxu sahibinin başına xoşagəlməz hadisə gələcək, bu hadisə onun ailəsinə də təsir edəcək, çətin, ağrılı günlər yaşanacaq.

Yuxuda hovuzun boşaldığını görmək

Yuxu sahibinin uzun fasilədən sonr sıxıntı yaşayacağına, stress keçirəcəyinə dəlalət edir. Yuxuda hovuzun boşaldığını görmək mal və mülk itkisi yaşanacağı anlamına gəlir.

Yuxuda hovuza su axdığını görmək

Yuxu sahibinin uzun müddətdən sonra rahatlıq tapacağına, iş həyatında uğurlar qazanacağına dəlalət edir. Yuxuda hovuza su axdığını görmək xoş xəbərləri ifadə edir.

Yuxuda boş hovuz görmək

Yaxşı əlamət sayılmır. Hovuzun boş olması yaşanacaq problemləri göstərir. Yuxuda boş hovuz görmək yuxu sahibinin insanlara qədərindən artıq dəyər verəcəyi, bundan dolayı çox üzüləcəyi anlamına gəlir.

Yuxuda hovuzun dibinə enmək

hovuzun dibinə enmək

Yuxu sahibinin maddi və mənəvi baxımdan rahatlıq tapacağına, vətənə xeyirli övladlar yetişdirəcəyinə işarədir. Hörmətli həyat yoldaşından, hüzurlu ailədən xəbər verir.

Yuxuda hovuzda üzmək

Bir insana aşiq olmaq, onu əldə etmək üçün ciddi səy göstərmək kimi yozulur. Bəzi yozuculara görə, bu yuxu insanın çərin iş həyatından sonra rahatlıq tapmasını göstərir.

Yuxuda hovuza baxmaq

Əgər hovuzun suyu təmizdirsə, yüksəlməyi ifadə edir. Su kirlidirsə, hüzursuzluqlara işarədir. Yuxuda hovuza baxan şəxsin işləri yolunda gedər.

Yuxuda hovuzun daşdığını görmək

Yuxu sahibinin qohumu ilə bir işə girəcəyinə və bu işdən çoxlu pul qazanacağına dəlalət edir. Yuxuda hovuzun daşdığını görmək bolluq və bərəkətdən xəbər verir.

Yuxuda hovuzu doldurduğunu görmək

İş həyatında müsbət irəliləyişləri bildirir. Yuxu sahibinin böyük işlərə imza atacağı, maddi vəziyyətini yaxşılaşdıracağı kimi yozulur.

Yuxuda hovuzu boşaltdığını görmək

balaca hovuz

İş həyatını əks etdirir. İşdəki mövqenin itirilməsindən xəbər verir. Yuxuda hovuz boşaltmaq yuxu sahibinin uzun fasilədən sonra yenidən hüzur tapacağını göstərir.

Yuxuda hovuzda dəstəmaz almaq

Yuxu sahibinin bütün sıxıntılardan, problemlərdən ən qısa müddətdə qurtulacağı kimi yozulur.

Yuxuda hovuzda balıq görmək

Yuxu sahibinin ailəsinin köməyi ilə qazanc əldə edəcəyi anlamına gəlir. Bu şəxs xeyirli işlərlə məşğul olub insanları xoşbəxt etmək üçün çalışacaq.

Yuxuda hovuzda ilan görmək

Yuxu sahibinin bol qazanclı bir işə başlayacağına və uğurlu olacağına dəlalət edir.

Yuxuda çirkli hovuz görmək

Yuxu sahibinin həyatında arzuolunmaz olayların yaşanacağından xəbər verir. Yuxuda çirkli hovuz görmək yuxu sahibinin iş həyatında uğursuz olacağını göstərir.

Məqaləyə emosiya bildir:
emotion
8
emotion
3
emotion
2
emotion
4
emotion
4
emotion
2
emotion
3
Dostlarınla paylaş:
2 il əvvəl
13830 dəfə oxundu
ilk.az-çılar nə deyir?