Yuxuda inək görməyin yuxuyozması

Yenilənmə tarixi: 2021-09-17

Yuxuda inək görməyin fəzilətləri kişilər və qadınlar üçün fərqlidir. Bir kişi üçün yuxuda inək görmək onun var -dövlətinin artması, qadın üçün isə tezliklə nikah masasına oturacağı deməkdir. Yuxuda inək görmək, ümumiyyətlə, rifah, əmin -amanlıq, bəladan qurtulmaq və şans deməkdir.

Yuxuda inək görmək

Yuxuda inək görmək qismətə, qurulacaq xoşbəxt ailəyə, xoş niyyətə, zənginliyə, bolluğa işarədir. Qadın üçün inək görmək evliliyə, kişi üçün isə problemə dəlalət edir.

Yuxuda inək südü görmək

Yuxuda inək südü görmək

Bu, sərvət, bolluq, sevinc və əmin-amanlıq əlamətidir. İnəyin əmcəyində süd olduğunu görmək risklərin artacağı anlamını verir.

Yuxuda inək sağmaq

Yuxuda inək sağmaq, edəcəyiniz bir işdə qazanc əldə edə biləcəyiniz deməkdir. Hansı işlə məşğul olmağından asılı olmayaraq, inək sağımını görmək o işdə qazanc əldə ediləcəyi və bu qazancın gözlənilməz olacağı anlamına gəlir.

Yuxuda inək südü içmək

Belə yuxu sahibinin xəstəliyi varsa, şəfa tapacaq, borcu varsa, ödəyəcək, işsizdirsə, iş tapacaq. Yuxuda inək südü içən şəxs azad deyilsə, tezliklə azad olacaq.

Yuxuda inəyin sizi dişlədiyini görmək

Yuxuda bir inəyin sizi dişlədiyini görürsünüzsə, bu, qohumlarınızdan biri ilə problem yaşaya biləcəyiniz deməkdir. Bəzi insanlar üçün yuxuda inəyin dişlədiyini görmək, yaşadıqları şəhərdən köçəcəklərinə işarədir.

Yuxuda yaşıl inək görmək

Yuxuda yaşıl inək görmək

Günahlardan çəkinən, təqva sahibi və dürüst bir qadına işarədir. Belə yuxu görən şəxs sözügedən bir qadınla tanış olar, dost olar. Yaşıl inəyin yuxuda sizə tərəf gəlməsi vəzifələrinizi layiqincə yerinə yetirəcəyinizi göstərir. Yaşıl inəkdən süd sağmaq dindar, əxlaqlı bir insandan yardım alınacağı kimi yozulur.

Yuxuda buynuzlu insan görmək

Belə yuxu itaətsiz, hörmətsiz və əxlaqsız bir qadın anlamı verir. Yuxu sahibi belə qadınla evlənər və ya həyatda bu cür qadınla qarşılaşar. Yuxuda buynuzlu inəyin özünü vurduğunu görmək yuxu sahibinin arvadının onu eşitmədiyinə, əzazil olduğuna işarədir.

Yuxuda inəyə minmək

Bir yuxuda inək sürmək, yuxu sahibinin həyat yoldaşının xəstələndiyini və sağaldığını göstərir. Bəzi alimlərə görə, bu yuxu miras almaq və qənimət qazanmaq deməkdir.

Yuxuda inək sürüsü görmək

Yuxuda inək sürüsü görmək

Pul, sərvət, şan-şöhrət anlamı verir. Yuxuda inək sürüsü görən şəxsin qarşısına imkanlar çıxacaq və sərvət sahibi olacaq. Bəzi yuxu yozuculara görə, bu yuxu qadın simvoludur. Qadınların olduğu mühitdən xəbər verir. Yuxuda inək sürüsünü görmək, gücə çatmaq arzunuzun tezliklə gerçəkləşəcəyini göstərir.

Yuxuda inək kəsmək

Yuxuda inək kəsən insan iş həyatında böyük uğurlar qazanaraq şöhrət sahibi olacaq. İnəyi kəsib ətini insanlar arasında bölən insan bütün mübahisələrini həll edərək hüzur tapar.

Yuxuda inək peyini görmək

Pula, mal-mülkə işarədir. İnək nəcisini yuxuda əlinə alan şəxs varlanar, miras sahibi olar. Cəmiyyətdə sayılıb-seçilən insanlardan biri olar.

Yuxuda inək balası görmək

Hamilə qadınlar üçün qız uşağına işarədir. Belə yuxu sahibinin qız övladı olar. Həm də kiçik miqdarda qazancdan xəbər verir.

Yuxuda inək tövləsi görmək

Belə yuxu sahibi bir qadının evinə qonaq gedər. Bu yuxu həm də ev almaq, yeni evə köçmək kimi təfsir olunur. Yuxuda tövlənin yandığını görən şəxs sevgilisi və ya həyat yoldaşı ilə mübahisə edəcək.

Yuxuda inək əti görmək

Yuxuda inək əti görmək

Mal, mülk və qadına işarədir. Yuxuda inək əti görən şəxs gözləmədiyi yerdən pul qazanacaq. İnək əti yemək mal əldə etmək, inək ətini paylamaq insanlara maddi yardım göstərmək deməkdir. İnək ətindən yemək bişirdiyini görən şəxs böyük səylərdən sonra istədiyi həyatı qazanacaq.

Yuxuda sarı inək görmək

Xəstə bir qadına dəlalət edir. Belə yuxu sahibi ətrafında xəstə qadın varsa, ona kömək etməlidir. Yuxuda sarı inək görənin arvadı xəstələnər və ya xəstə bir qadınla evlənər. Sarı inək sağmaq isə həmin qadından uşağı olmaq deməkdir.

Yuxuda inəklə danışdığını görmək

Yuxuda inəklə danışdığını görən şəxs naməhrəm olan bir qadınla danışar, tanış olar. Bu yuxu bəzən qeyri-qanuni əlaqələr qurmağın və ya günah işləməyin əlamətidir. Yuxuda inəklə danışan tezliklə nişanlanacaq və ya evlənəcək.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
35437 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Sevil (2 il əvvəl)
Qurda qarşı nə etməy lazımdı
Oxşar yazılar
Yuxuda mobil telefon görmək: Simvolizm və Təfsirlər
Yuxular, insanların bədən və ruh sağlamlığına, həyat təcrübəsinə və şəxsi...
  • 2 ay əvvəl
  • 935
Yuxuda elçi gəlməsi nə anlama gəlir?
Yuxuda elçi gəlməsi yaxşı əlamətdir. Yeniliklərə və dəyişikliklərə işarədir. Yuxu...
  • 3 ay əvvəl
  • 2773
Yuxuda dəniz ulduzu görmək
Yuxuda dəniz ulduzu görmək yuxu sahibinin müxtəlif çatışmazlıqlar səbəbindən uzun...
  • 3 ay əvvəl
  • 782
Yuxuda koala görmək
Yuxuda koala görmək yaxşı əlamətdir. Yuxu sahibinin həyatında baş verəcək müsbət...
  • 3 ay əvvəl
  • 666
Yuxuda ördək görmək
Yuxuda ördək görmək bəxtin açıq, gələcəyin parlaq olması deməkdir. Yuxuda ördək...
  • 3 ay əvvəl
  • 836
Yuxuda sübh görmək
Yuxuda sübhgörmək bərəkət, bolluq və rahatlığa işarədir. Bu yuxu həmçinin...
  • 4 ay əvvəl
  • 953