Yuxuda körpə görməyin yuxuyozması

Yenilənmə tarixi: 2022-05-02

Yuxuda körpə görmək, körpə əmizdirmək, oxşamaq, uşaq doğmaq, uşağa qulluq etmək, qucaqlamaq və s. mənaları...

Yuxuda körpə görmək, yuxuda uşaq görməyin yuxuyozmalarını müxtəlif mənbələrdən toplayıb bir məqalədə sizlərlə paylaşırıq.

Yuxuda körpə görən insan xoşbəxtlik və rahatlığa qovuşacağına işarədir. Bəzən yuxuda körpə görmək də cansıxıcılıqdan xəbər verir. Ancaq belə vəziyyətlərdə mənfi düşünməyə ehtiyac yoxdur. Yuxuda körpə görmək həmişə yaxşı şeylərin olacağına yozulur. Körpə xüsusilə şansı simvollaşdırır.

Yuxuda körpə görmək

Yuxuda körpə görmək gələcək xəbərlərin bir əlamətidir. Bu xəbər yaxın və ya uzaqdan gələ bilər. Xəbərin haradan gələcəyini heç kim bilmir. Yuxu görən insanın xəbəri aldıqdan sonra xoşbəxt olacaqları bildirilir. Bu, yeni həyata başlanılacağına, xoşbəxtlik, sevinc və rifaha işarədir. Yuxu sahibinin böyük pullar qazanacağına və işdə yorulacağına dəlalət edir. Mübarizə aparıb qalib gəlmək deməkdir.

Yuxuda yeni doğulmuş uşaq görmək

Bu, yuxu sahibinin xeyirli işlərə girəcəyi deməkdir. Onun şans sayəsində çoxlu pul qazanacağı, yeni iş quracağı anlamını verir. İşində uğurlu olacaq.

Yuxuda oyuncaq uşaq görmək

Bu, yuxu sahibinin etdiyi səhvlər ucbatından maddi sıxıntı yaşayacağına, ailəsindən maddi dəstək alacağına işarədir. Həmçinin, ailəsinin etibarını itirmək deməkdir.

Yuxuda qundaqda körpə görmək

Yuxuda qundaqda körpə görmək pis xəbərə, sıxıntıya işarədir. Yuxu sahibinin sevdiyi biriylə dava edəcəyi, qan töküləcəyi, sonda qalib gələcəyi deməkdir.

Yuxuda danışan körpə görmək

Yuxuda danışan körpə görmək

Bu, yaxşı işlərə imza atmaq deməkdir. Özünü sübuta, uğura aparır.

Yuxuda qucağında uşaq görmək

Yuxuda qucağında uşaq görmək yuxu sahibinin insanlar tərəfindən seviləcəyinə işarədir. Həmçinin, iş həyatında uğur əldə edəcəyinə, gəlirini artıracağına işarədir.

Yuxuda ağlayan körpə görmək

Yuxuda ağlayan körpə görmək; Bu yuxunu görən insan etdiyi günahdan peşman olur və bağışlanmasını tələb edir. Yuxuda onu susdurmağa çalışmısınızsa, bu yuxu işlə əlaqədar müxtəlif inkişafların olacağını və bu inkişaflar üçün səy göstərəcəyinizi göstərir.


Yuxuda üçəm görmək

Bu, yaxşı müjdəyə işarədir. Yuxuda yaşlı, xəstə kişi oğlan sahibi olduğunu görürsə, əcəli yaxınlaşıb deməkdir.

Yuxuda uşaq arabası görmək

Bu, yuxu sahibinin gəlirli, ancaq riskli iş təklifini qəbul edəcəyinə işarədir. Yuxuda uşaq arabasını satmaq böyük borcu ödəməyə və ya layihəni tamamlamağa dəlalət edir.

Yuxuda uşaq əmizdirmək

Bu, bəzi itkilərdən xəbər verir. Buna görə diqqətli olmaq lazımdır. Xüsusilə ətrafınızdakı insanlara qarşı diqqətli olmalısınız. Bilərəkdən və ya istəmədən zərərə məruz qala bilərsiniz.

Yuxuda qız uşağı görmək

Yuxuda qız uşağı görmək

Yuxuda qız uşağı görməyin ümumi təfsiri bəlalardan qurtulmaq deməkdir. Yuxu sahibinin çətinliklərindən qurtulacağı və firavanlıq qazanacağı bildirilir. Bir qız uşağını yuxuda görməyin başqa bir mənası, borcların bağlanması və yaxşı əməllərin edilməsidir. Yuxuda ağlayan körpə qız görmək, uyğun insanlarla tanış olmağı göstərir.

Yuxuda qız uşağı doğmaq

Yuxu sahibinin uzun müddətdir fikrində olan mövzu ilə bağlı uğur qazanacağı kimi yozulur.

Yuxuda qız uşağı əmizdirmək

Bu, təqdir deməkdir. Yuxu sahibinin yaxşı davranışlarından dolayı təqdir olunacağı anlamını verir.

Yuxuda qız uşağı oynatmaq

Yuxuda qız uşağı oynatmaq iş və məişət həyatında yaşanacaq yaxşı olaylara işarədir.

Yuxuda qız uşağı çimizdirmək

Bu, yuxunu görənin xoşlamadığı, çarəsizlikdən etdiyi şeydən qurtulacağı anlamını verir.

Yuxuda qız uşağı görməyin psixoloji izahı

Yuxu sahibinin uzun müddətdir düşündüyü evlənmə düşüncəsinə işarədir.

Yuxuda körpə görmək bolluq, bərəkət deməkdir. İş həyatındakı müsbət hadisələrdən, xoş olaylardan xəbər verir.

Yuxuda oğlan uşağı görmək

Yuxuda oğlan uşağı görmək

Yuxuda oğlan uşağı görmək yaxşı, xoş və xoşbəxt bir xəbər deməkdir. Körpə oğlanın yuxudakı digər mənası sərvət əldə etməkdir. Yuxu sahibinin öz sərvətini əldə etməsi və başqasının sərvətindən pay alması müdriklikdir. Körpə oğlanın ağladığını görmək yüngül kədər deməkdir. Yaxşı inkişafın və yaxşı hadisələrin olacağına işarə edir. Sevimli və yaraşıqlı bir oğlan uşağını görmək həyatda hər cür arzuların gerçəkləşəcəyi deməkdir, əgər körpə narahat və xoşagəlməzdirsə, problemlər, uğursuzluqlar və çətinliklər deməkdir.

Yuxuda oğlan uşağını krəyinə şəlləmək üzüntüdən, xəstəlikdən xəbər verir.

Yuxuda oğlan uşağı doğmaq

Bu, əksinə, qız uşağı doğmaq deməkdir. Yuxuda qadının oğlan uşağı doğduğunu görməsi ailədə hüzursuzluq kimi yozulur. Bu yuxunu görən xəstədirsə ölüm olaraq yozulur.

Yuxuda oğlan uşağıyla oynamaq

Bu, yuxunu görənin düşməninin olması deməkdir. Oğlan uşağı qısa boylu, əsmərdirsə təhlükəli düşməndən xəbər verir. Uşaq sarışındırsa düşmən yaşlıdır.

Yuxuda oğlan uşağı əmizdirmək

Yuxuda oğlan uşağını əmizdirmək, əgər yuxu görən qadındırsa, deməli tezliklə hamilə qalacaq və qız uşağı dünyaya gətirəcək. Evli və uşağı olan bir qadın yuxuda öz uşağını əmizdirirsə, həmin uşaq böyük uğurlar qazanacaq anlamına gəlir. Bir qadının başqasının uşağını əmizdirməsi isə düşmənçilikdən xəbər verir.

Yuxuda oğlan uşağını öpmək

Bir uşağı yuxuda öpmək rahatçılıq tapmaq əlamətidir. Bu həm də iş həyatında yüksəlmək və böyük pullar əldə etmək deməkdir.

Yuxuda yeni doğulmuş oğlan uşağı görmək

Yuxuda yeni doğulmuş oğlan uşağı görmək rifahın göstəricisidir. Yuxu görən subay qadındırsa, yaxın zamanda ailə quracaq və bir qız övladı dünyaya gələcək.

Yuxuda övladlığa oğlan uşağı götürmək

Yuxuda övladlığa oğlan uşağı götürmək xeyirxaqlıq əlamətidir. Gerçəkləşəcək bir arzunun əlamətidir.

Yuxuda uşaq salmaq

Yuxuda uşaq salmaq onun əlamətidir ki, dşündüyünüz bir pis hadisə gerçəkləşəcək. Bu yuxunu görən qadınlar hər addımlarında ehtiyatlı olmalıdır.

Yuxuda hamilə vaxtı uşaq salmaq

Bu yuxunu görən qadınlarda özünə inam az olur. Onlar hər şeydən qorxurlar.

Yuxuda ölü uşaq görmək

Yuxuda ölü uşaq görmək o deməkdir ki, yuxu görən şəxsin həyatındakı dəyişikliklər pis nəticələr verəcək.

Yuxuda ağlayan uşaq görmək

Bu yuxunu görən şəxs həyatındakı ən sevdiyi adamla küsəcək və uzun müddət acı çəkəcək deməkdir.

Yuxuda əkiz uşaq görmək

Yuxuda əkiz uşaq görmək

Yuxuda əkiz uşaq görmək çox yaxşı haldır. Bu yuxunu görən adamın hər zaman həyatda iki şansı olacaq və bütün işləri yaxşı gedəcək. Onun istədiyi çox şeylər gerçək olacaq. Allah onun üçün bir qapını bağlayanda, digər qapını açacaq.

Yuxuda əkiz uşaq dünyaya gətirmək

Bu yuxunu görən şəxs cəmiyyət içində böyük nüfuza sahib olacaq anlamına gəlir. O, iş və təhsil həyatında çox yüksələcək. Çox gözəl və xeyirlidir. Yuxu görən insanın həyatı boyu ikiqat xoşbəxtlik yaşayacağı, heç bir əskikliyi olmasa da, hər şeyin ən çoxuna sahib olacağı və hüzur içində yaşayacağı şayiələri yayılır.

Yuxuda əkiz uşaq xəbəri almaq

Bu yuxunu görən şəxs gələcək həyatında böyük hörmət qazanacaq.

Yuxuda əkiz uşaq salmaq

Yuxuda əkiz uşaq salmaq o deməkdir ki, siz sonrakı günlərdə bütün hərəkətlərinizə diqqət etməlisiniz. Başınıza pis hadisələr gələ bilər.

Yuxuda əkiz uşağa hamilə olmaq

Əgər belə yuxu görmüsünüzsə, yüksəldiyiniz və böyük pullar qazandığınız işinizdə problemlər yaranacaq. Son dərəcə diqqətli olmalısınız.

Yuxuda əkiz uşaq əmizdirmək

Bu yuxunun anlamı odur ki, yaxın günlərdə sizin üçün əyləncəli və həzz alacağınız bir iş çıxacaq.

Yuxuda əkiz uşaq arabası görmək

Deməli, siz cəsur və qarşınıza çıxan problemlərdən qorxmayan bir insansınız.

Yuxuda ana bətnində əkiz uşaq görmək

Yuxuda öz bətnində əkiz uşaq görmək ailəvi bir problemin tezliklə həll olacağı anlamına gəlir. Başqasının bətnində əkiz uşaq görmək isə aruladığınız nəyinsə tezliklə gerçək olacağı deməkdir.

Yuxuda dostunun əkiz uşaq doğduğunu görmək

Bu, istədiyin bir şeyin başqasının köməyi ilə olacağı anlamına gəlir.

Yuxuda beşikdə əkiz körpə görmək

Yuxunu görə ailəlidirsə evlilik həyatına rəng qatacaq olaylar yaşanacaq. Beşikdəki körpələr çirkindirsə anlaşılmazlıqdan xəbər verir.

Yuxuda əkiz uşaq gözlədiyini görmək

İki uşaq gözlədiyini görmək macəraya işarədir.

Yuxuda siam əkizləri görmək

Bu, yuxu sahibinin iş və ailə həyatının sıxıntısız davam edəcəyinə işarədir.

Yuxuda əkiz uşaq qucaqlamaq

Bu, yuxu sahibinin çətin işlə qarşı-qarşıya qalacağı deməkdir.

Yuxuda əkiz körpə çimizdirmək

Bu, həm ailə, həm də iş həyatında yaxşı şeylərin baş verəcəyi anlamına gəlir.

Yuxuda əkiz oğlan uşaqları görmək

Bu, bol-bərəkətli anlardan xəbər verir.

Yuxuda çirkin uşaq görmək

Yuxuda çirkin uşaq görmək

Yuxuda çirkin uşaq görmək pis xəbərə işarədir. Yuxu sahibinin pis hadisəylə üz-üzə qalacağı, həyat yoldaşı ilə münasibətlərinin pozulacağı deməkdir.

Yuxuda oğlan uşağını qucağına almaq

Bu, xeyrə yozulur. Dostlarla, yaxınlarla gözəl günlər keçirmək mənasını verir.

Yuxuda qız uşağı görmək

Bu, xoşbəxt olmaq deməkdir. Kimsəsiz qız uşağına sahiblənmək yaxşı, xeyirli xəbərə dəlalət edir. Yuxunu görən haqqı pozulmuş, borca düşmüş biridirsə, onun işləri yoluna düşəcək. Əks təqdirdə, zərərə məruz qala bilər.

Yuxuda uşaq olduğunuzu beşikdə bağlı olduğunuzu görmək həbsə və xəstəliyə işarədir.

Yuxuda körpə görməyə oxşar digər məqalələrimiz:

Məqaləyə emosiya bildir:
4 il əvvəl
328719 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (10)
Seadett (11 ay əvvəl)
Yuxuda korpe usaq dunyaya getirdim qucaqima aldiqda dil acib allaha sukr ederek sukrenlillah dedi o qeder gozel usaq usaq idi
meley (1 il əvvəl)
men usaqlari cox sevirem
Eli (1 il əvvəl)
Yuxuda gordumku bacimin qızı danisie hakbuki 2 ayliqdi. Menim anamın atamin qardasinun həyatında olacaqlari deyir. Ne demekdi goren?
könül ağayev (2 il əvvəl)
Yuxuda körpə bələmək nə deməkdir
Ziya (3 il əvvəl)
men yuxuda gordum ki, guclu oldum.
Rafael 050 695 ** ** (3 il əvvəl)
Mende yuxuda yeni dogulmus qiz usagi gordum
Aygun (3 il əvvəl)
Men yuxuda yeni doqulmuş qiz bebe gördüm. Çox şirin idi.
Şəbnəm (3 il əvvəl)
Hamiləykən yuxuda oğlan uşağım olduğnu görmüşdüm realda elə oğlum da oldu uğurlu gəldi həyatım tam dəyişdi Allaha çox
Feride (3 il əvvəl)
Yuxuda oglum olub cox gozel toppus oglan usagi ona ana sudumu verirem yuxum o qeder gozel idiki helede yuxunun tesirindeyem
gulnaz (4 il əvvəl)
yuxumda korpe bir usaqi qucaqima alıb bir kimseye verirem o da hündür çox hündür bir yerden asaqi atır heç düşünmədən uşaq ele qisqirir qulaqlarımdadi hele de sesi yuxuda çox pis oluram peşman oluram usaqi verdiyime
Oxşar yazılar
Yuxuda mobil telefon görmək: Simvolizm və Təfsirlər
Yuxular, insanların bədən və ruh sağlamlığına, həyat təcrübəsinə və şəxsi...
  • 8 ay əvvəl
  • 2169
Yuxuda elçi gəlməsi nə anlama gəlir?
Yuxuda elçi gəlməsi yaxşı əlamətdir. Yeniliklərə və dəyişikliklərə işarədir. Yuxu...
  • 8 ay əvvəl
  • 12001
Yuxuda dəniz ulduzu görmək
Yuxuda dəniz ulduzu görmək yuxu sahibinin müxtəlif çatışmazlıqlar səbəbindən uzun...
  • 9 ay əvvəl
  • 1664
Yuxuda koala görmək
Yuxuda koala görmək yaxşı əlamətdir. Yuxu sahibinin həyatında baş verəcək müsbət...
  • 9 ay əvvəl
  • 1665
Yuxuda ördək görmək
Yuxuda ördək görmək bəxtin açıq, gələcəyin parlaq olması deməkdir. Yuxuda ördək...
  • 9 ay əvvəl
  • 2057
Yuxuda sübh görmək
Yuxuda sübhgörmək bərəkət, bolluq və rahatlığa işarədir. Bu yuxu həmçinin...
  • 9 ay əvvəl
  • 2000