Yuxuda mahnı oxumaq nə anlama gəlir?

Yuxuda mahnı oxumaq müxtəlif şəkillərdə yozulur. Yuxuda oxunan mahnı gözəldirsə, gözəl xəbərlər almağa işarədir. Yuxuda pis avazla oxunulan mahnı şad xəbər eşitməyi bildirir. Yuxu sahibinin izdiham içində mahnı oxuduğunu görməsi onu sevindirəcək və üzəcək bir xəbər eşidəcəyindən xəbər verir.

Yuxuda gözəl səslə mahnı oxumaq

Yuxuda gözəl səslə mahnı oxumaq

Yuxu sahibinin gördüyü işlər sayəsində yaxşı qazanacağı anlamına gəlir.

Yuxuda yanğılı səslə mahnı oxumaq

Yuxu sahibinin iş həyatında zərərə uğrayacağını göstərir.

Yuxuda yüksək səslə mahnı oxumaq

Yuxu sahibinin yuxuda yüksək səslə mahnı oxuması kişilər üçün xalq arasında tanınmaq anlamını verir. Yuxuda qadının yüksək səslə mahnı oxuması pis əlamətdir.

Yuxuda gülməli mahnılar oxumaq

Yuxu sahibini sevindirəcək gözəl bir xəbərə və ya hadisəyə işarədir.

Yuxuda cəmiyyət içində mahnı oxumaq

Bu, yaxşı əlamət sayılmır. Pis anların yaşanacağı, utanc duyulan şeylərin baş verəcəyi kimi yozulur.

Yuxuda mahnı oxuyan birini görmək

Yaxşı yuxu hesab edilir. Yuxu sahibinin problemlərinin sona çatacağına, hüzura qovuşacağına dəlalət edir. Yuxuda mahnı oxuyan birini görmək yaxın müddətdə köçmək və ya yer dəyişdirmək hadisəsi olacağı anlamını verir.

Yuxuda türkü söylədiyini görmək

Yuxu sahibinin başına bəla gələcəyinə işarədir.

Yuxuda ney sədası altında mahnı oxumaq

Yuxuda mahnı oxumağın yuxuyozması

Yuxu sahibinin kimdənsə pislik görəcəyi kimi yozulur.

Yuxuda hamamda mahnı oxumaq

Yuxu sahibinin sözlərinin bir-biriylə uyuşmayacağını, qərarlarının səhv olacağını ifadə edir. Yuxuda
hamamda mahnı oxumaq anlaşılmaz sözlər söylənilməsindən xəbər verir.

Yuxuda səhnədə mahnı oxuduğunu görmək

Yaxşı əlamət sayılır. Yuxu sahibinin ətrafındakı insanlara yaxşılıq edəcəyi anlamına gəlir. O, bu
xüsusiyyətinə görə təqdir qazanacaq.

Yuxuda məktəbdə mahnı oxuduğunu görmək

Yuxu sahibinin işində və ya təhsil həyatında arzuolunmaz işlər görəcəyinə və peşman olacağına dəlalət edir. Yuxuda məktəbdə mahnı oxumaq insanların yuxu sahibinə davranışlarına görə xəbərdarlıq edəcəyindən xəbər verir.

Yuxuda küçədə mahnı oxumaq

Yuxuda küçədə mahnı oxumaq

Yuxu sahibinin şəxsi həyatında səmimiyyətsiz insanlaraqarşı yaxşı münasibət göstərməyəcəyini bildirir. O, həmin insanlardan get-gedə uzaqlaşacaq.

Yuxuda mahnı oxumaq və rəqs etmək

Müxtəlif mənalarda təfsir olunur. Yuxu sahibinin bəzi insanlara mübahisə edəcəyi anlamını verir. Yuxuda mahnı oxumaq və rəqs etmək yuxu sahibinin dostları ilə bağlarının güclənməsi mənasına gəlir. İslam alimlərinə görə yuxuda rəqs etmək insanın dünyəvi əyləncələrə meyl etdiyindən və axirətini unutduğundan xəbər verir.

Məqaləyə emosiya bildir:
emotion
9
emotion
1
emotion
1
emotion
4
emotion
6
emotion
1
emotion
3
Dostlarınla paylaş:
2 il əvvəl
12267 dəfə oxundu
ilk.az-çılar nə deyir?