Yuxuda mandarin görməyin yuxuyozması

Yuxuda mandarin görmək ruzi-bərəkət, bəxt açıqlığı və səadət əlamətidir. Yuxu sahibinin həyat enerjisinin yüksək olacağına işarədir. Küsülülərin barışacağı, ayrılıqlara son qoyulacağı, maddi problemlərin həll olunacağı kimi yozulur.

Yuxuda mandarin ağacı görmək

Bol şansdan xəbər verir. Yuxu sahibinin şanslı olacağına, şansı sayəsində qazancının artacağına, sıxıntı çəkməyəcəyinə dəlalət edir. Yuxuda mandarin ağacı görmək yuxu sahibinin qohumları ilə arasının yaxşı olacağını göstərir.

Yuxuda yaşıl mandarin görmək

Yuxuda yaşıl mandarin görmək

Yuxu sahibinin həyatında gözəl anların yaşanacağı, hahal qazanc əldə edəcəyi anlamını verir. Həmçinin, o, ailəsi ilə də yaxşı yola gedəcək. Hüzur dolu evlilik həyatını əks etdirir.

Yuxuda çürük mandarin görmək

Mal və mülk itkisi deməkdir. Çürük mandarin yuxu sahibinin bədbin olacağına işarədir. Yuxuda çürük mandarin görmək yuxu sahibinin xəyallarının arxasınca getməli olduğunu göstərir.

Yuxuda mandarin yemək

Yuxu sahibinin dəniz və meşə mənzərəli yerlərə getməyi arzuladığını bildirir. Yuxuda mandarin yediyini görən şəxs xəyalındakından daha gözəl bir səyahətə çıxar. Yuxuda mandarin yemək eyni zamanda stress və sıxıntının azalacağı anlamına gəlir.

Yuxuda mandarin qabığı görmək

Yuxuda mandarin qabığı görmək

Allah yolunda irəliləyən şəsin uğur qazanacağına, uşaq müjdəsi almağa dəlalət edir. Yaxşı əlamət sayılır. Yuxuda mandarin qabığı görmək həm də bir vəzifədən xəbər verir.

Yuxuda soyulmuş mandarin görmək

Yuxu sahibinin uzun fasilədən sonra rahatlıq tapacağı, ailəsi ilə münasibətlərinin pisləşəcəyi, lakin yenidən barışacağı kimi yozulur. Yuxuda soyulmuş mandarin görmək yuxu sahibinin uzaq bir qohumundan ona miras qalacağı mənasını verir.

Yuxuda turş mandarin görmək

Yuxu sahibinin ailəsi ilə münasibətlərinin pisləşəcəyinə, sözlərinə diqqət etməli olduğuna işarədir. Yuxuda turş mandarin görmək sıxıntı, dərd-bəla anlamını verir.

Yuxuda mandarin toplamaq

Yuxu sahibinin işlərinin dolaşığa düşdüyü bir anda birdən hər şeyin düzələcəyindən xəbər verir. Yuxuda mandarin toplamaq işlərin müsbət istiqamətdə irəliləyəcəyini ifadə edir.

Yuxuda mandarin bağçası görmək

Yaxşı əlamətdir. Yuxu sahibinin qalan həyatını zövq, səfa içində yaşayacağına dəlalət edir. Bu yuxu bərəkəti ifadə edir. Qazancın artacağını göstərir.

Yuxuda mandarin satdığını görmək

Yuxuda mandarin satmaq

Yuxu sahibinin ehtiyacı olan şəxslərə yardım edəcəyi mənasını verir. Yuxuda mandarin satmaq yuxu sahibinin hər zaman özünə hörmət qoyacağı kimi təfsir olunur.

Yuxuda mandarin almaq

Yuxu sahibinin xoşbəxt evlilik həyatı yaşayacağına işarədir. Maddi problemlərin olmayacağını göstərir.

Yuxuda mandarin dərmək

Yuxuda ağacdan mandarin dərmək yuxu sahibinin lüks həyat yaşayacağından xəbər verir. Bu yuxu zəhmət çəkmədən uğura nail olmağa, çoxlu pul qazanmağa işarədir.

Yuxuda digər meyvə görməyin yuxu yozumları:

Məqaləyə emosiya bildir:
2 il əvvəl
19273 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Yuxuda mobil telefon görmək: Simvolizm və Təfsirlər
Yuxular, insanların bədən və ruh sağlamlığına, həyat təcrübəsinə və şəxsi...
  • 2 ay əvvəl
  • 938
Yuxuda elçi gəlməsi nə anlama gəlir?
Yuxuda elçi gəlməsi yaxşı əlamətdir. Yeniliklərə və dəyişikliklərə işarədir. Yuxu...
  • 3 ay əvvəl
  • 2791
Yuxuda dəniz ulduzu görmək
Yuxuda dəniz ulduzu görmək yuxu sahibinin müxtəlif çatışmazlıqlar səbəbindən uzun...
  • 3 ay əvvəl
  • 784
Yuxuda koala görmək
Yuxuda koala görmək yaxşı əlamətdir. Yuxu sahibinin həyatında baş verəcək müsbət...
  • 3 ay əvvəl
  • 672
Yuxuda ördək görmək
Yuxuda ördək görmək bəxtin açıq, gələcəyin parlaq olması deməkdir. Yuxuda ördək...
  • 3 ay əvvəl
  • 843
Yuxuda sübh görmək
Yuxuda sübhgörmək bərəkət, bolluq və rahatlığa işarədir. Bu yuxu həmçinin...
  • 4 ay əvvəl
  • 956